Oxunma sayı: 180

Sual #325 : Şeyx Rabinin Şeyx Bəkr Əbu Zeydin kitabına münasibəti


Tarix: 2018-01-28

Cavab #325 : Şeyx Rabinin Şeyx Bəkr Əbu Zeydin kitabına münasibəti


Şeyx Rabi əl–Mədxali:

Allah sizə bərəkət versin. (O vaxt) Bəkr Əbu Zeydin özü ilə əlaqə saxladım və dedim: “Ay şeyx.”

Hətta bundan qabaq da ona nəsihətlər edir, səbr edirdim. İnsanlar mənə deyirdi ki, ona rəddiyyə ver. Mən isə inkar edir və deyirdim ki, qardaşımızdır, səbir edək, üzr istəyəcək. Lakin onun “Təsnifun-nəs beynəz–zanni vəl–yəqin” kitabı çıxdıqda, hizbilər bu kitabı nəşr etdilər, bu kitabla sevindilər və Mədinə şeyxlərinə qarşı bu kitabı yaydılar. Onunla əlaqə saxladım və dedim:

“Ay şeyx Bəkr, sənin kitabın bizim əleyhimizə olaraq paylanır.”

Dedi ki, Allaha and olsun ki, kitabı sizin əleyhinizə yazmamışam və sənin yerin də Allaha and olsun ki, başımın üzərindədir, Allaha and olsun ki, sizi qəsd etməmişəm.

Mən də ona dedim ki, “Yaxşı, elə isə həddədilərimi qəsd etmisən?”. Dedi ki, bəli.

Bunları mənə Taif şəhərindəki öz kitabxanasında dedi. Dedim ki, “Allah razı olsun, elə isə insanlar üçün iki sətr yazı yaz, dedi ki, Allaha and olsun ki, Mədinədəki qardaşlarımı qəsd etməmişəm”. Dedim ki, indi danışırlar ki, sən hizbiləri müdafiə edirsən.

Dedi ki, Allaha and olsun ki, mən, yalnız ibn Bəzi və onun qardaşlarının müdafiəsini qəsd etmişəm. Mən də dedim ki, bir iki sətir yaz ki, sən bu kitabınla Mədinə əhlini qəsd etməmisən və sən yalnız və yalnız alimləri ibn Bəzi və qardaşlarını müdafiə edirsən və bundan sonra qoy kitabı yaysınlar. Dedi ki, baş üstə.

Sonra uzun müddət gözlədim, gözlədim, gözlədim, heç nə gəlmədi. Hər yerdən insanlar mənimlə əlaqə saxlayır ki, bunlar sələfiliyi dağıdır, onlar isə o tərəfdən kitabı yayırlar. Dedim ki, yox, səbir edək, qardaşımızdır, ona qarşı səbir edək, söz verib ki, qayıdacaq.

Təqribən məhərrəm ayının əvvəlindən ramazan ayına qədər gözlədim. Bir də gördüm ki, bunun vərəqləri yayılır, ramazanın axır on günündə bunun vərəqlərini paylayırlar. Allah sizə bərəkət versin. Sələfilərin əleyhinə olaraq bunun vərəqlərini paylayırlar. Əlaqə saxladım, dedim ki, ay şeyx!

Dedi: Bəli.

Dedim: İndi məndə hardasa dörd vərəq var, unutmuşam indi neçə olduğunu. İndi mənim qarşımda vərəqlər var, üzərində də sənin imzan. Burada sələfilərə zülm olan və başqa nələr, nələr var, burada batilcəsinə Seyyid Qutubu müdafiə edən sözlər var. Bu kağızların üzərində sənin adın var. Şeyx Bəkr, səndən istədiyim budur ki, əgər bu kağızlar sənindirsə, səndən üzr gözləyirəm, yox əgər başqasınındırsa, onda bu kağızlardan uzaq olduğunu bildir.

Dedi ki, Vallahi bunlar aramızı vurmaq istəyirlər, bunlar fəsadçılardır, bunlar, bunlar… Başladı söyməyə. Mən də dedim ki, bütün bu sözlərin heç birinin faydası yoxdur, heç nə vermir. Şeyx Bəkr, ya sən üzr istə, üzr gətir, ya da özünün bu kağızlardan uzaq olduğunu göstər ki, bunlar sənin deyil. Allah sənə bərəkət versin.

O da mənə nəsə dedi, indi unutmuşam nə dediyini, lakin mənası bu idi ki, mənə ümid verirdi. Dedim ki, “sənin iki həftə vaxtın var. Çünki iş çox təhlükəlidir”.

Həmin gecədən başladım rəddiyyə yazmağa. Əgər üzr gətirərsə, Əlhəmdulilləh, yoxsa rəddiyyəmi nəşr edəcəm. (Biri) mənə dedi ki, nə deyirsən, gedim şeyx Bəkr Əbu Zeydin yanına, üzr gətirməsini tələb edim? Dedim ki, get, Allah səndən razı olsun.

Allaha and olsun ki, rəddiyyəmi nəşr etməyə həris deyildim, rəddiyyə çox–çox güclü idi. Allaha and olsun ki, rəddiyyəmi nəşr etməyə həris deyildim. Səndən iki kəlimə kifayət edir ki, kitabımı yandırım. Getdilər, iki saat yarım onunla oturdular, sevinərək gəldilər ki, bəs söz verdi ki, üzr istəyəcək. Mən də oturdum, gözlədim, lakin heç bir şey yoxdur. İnsanlar dedilər ki, ay qardaş, kitabını nəşr et, bu batil vərəqlər bütün dünyaya yayılır.

Biz də Ərəb Əmirliyində çox az bir sayda nəşr etdik, bircə tiraj çap etdik. Bir qutu kitab da mənə göndərildi. Kitabı saxladım, Fovzanla əlaqə saxladım, heç nə yoxdur, Liheydənlə əlaqə saxladım, heç nə yoxdur, Sədhənlə əlaqə saxladım, heç bir cavab yoxdur. Beləcə məcbur qalıb kitabı yaydım, lakin çox kiçik bir hüdudda. Mənim Bəkr Əbu Zeyd barədə nəsihətim budur.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir