Oxunma sayı: 195

Sual #324 : Şeyx Muhəmməd ibn Hədi – Bir alim tərif edər, digəri isə cərh edərsə…


Sual:

Əgər bir alim kimisə bidətçi görər, digəri isə tərifləyərsə, gərək hər iki alimin sözünə baxım, sonra birini tərcih edim? Çünki cərh və tədil ictihadi məsələdir?!

Tarix: 2018-01-28

Cavab #324 : Şeyx Muhəmməd ibn Hədi – Bir alim tərif edər, digəri isə cərh edərsə…


Şeyx Muhəmməd əl-Mədxali:

Deyirəm ki, bax gör cərh edən nə üçün cərh edib? Tərifləyənin ən çox dediyi söz budur ki, o kəs barəsində pis bir şey bilmirəm. Amma cərh edən isə deyir ki, mən çox şey bilirəm, belə olduqda cərh burada təfsirli, ətraflı olur. Əgər cərh təfsirli olarsa, səndə də bu hasil olarsa, onda cərh öndə tutulur. Bu qayda isə bidət və həva əhli barəsində olduğunu biz tanımamışıq. Təəssüflər olsun ki, belə sualın məsdəri fəhmsizlikdir. Çünki daşı çox döyəcləmək onu toz edər. Bəzi kəslər bu sözü o qədər çox deyirlər ki, bəzi avamlarda bu məsələ qarışmış və dolaşmışdır.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir