Oxunma sayı: 197

Sual #323 : Şeyx Muhəmməd Əmən əl-Cəmi – Namazı tərk edənin hökmü ixtilaflıdır.


Tarix: 2018-01-28

Cavab #323 : Şeyx Muhəmməd Əmən əl-Cəmi – Namazı tərk edənin hökmü ixtilaflıdır.


Şeyx Muhəmməd Əmən əl–Cəmi:

Namazı tərk etmək çox təhlükəli bir məsələdir. Ağıllı bir insan buna necə razı ola bilər axı, bildiyi halda ki, alimlər namazı tərk edənin hökmü haqqında – kafir, yoxsa müsəlman olması haqqında ixtilaf etmişdirlər.

Bu məsələ elm əhli arasında ixtilaf edilmiş, sonucda bəziləri namazı tərk edəni kafir, digərlər isə fasiq adlandırmışdır. Bunu bildiyin halda sən necə namazı tərk edə bilərsən? Ağıllı insan buna razı olmaz! Ağıllı insan imanının çox olmasından razı olar. Çünki iman artır və azalır. İman itaətlə, ibadətin çoxalması ilə artır. Günah və asiliklə isə azalır, hətta az qalır ki, yox olsun və bəzən də yox olur.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir