Oxunma sayı: 236

Sual #321 : Şeyx Ruheyli – Bəzi şeyxlərimizin “cərh və tədil artıq sona çatıb” deməklərinin mənası nədir?


Bu səsli fətva 18 səfər ayı 1437-cı il (30 Noyabr 2015) Mədinə İslam universitetinin ərəb dili fakultəsinin namaz otağında yazılmışdır.

Sual:
Alimləri cərh və tədil edən kəsə nəsihətiniz nədir?

Tarix: 2018-01-28

Cavab #321 : Şeyx Ruheyli – Bəzi şeyxlərimizin “cərh və tədil artıq sona çatıb” deməklərinin mənası nədir?


Şeyx Süleyman ər-Ruheyli:

Cərh və tədil ümmətdə böyük dağların işidir. Əgər bu işi bacarmayan birisi bu işə girərsə, xarab edər və insanları azdırar. Bəziləri vardır ki, həddi aşıblar. Doğrusu isə orta yolda olmaqdır. Bəziləri də vardır ki, ümmət üçün sünnənin himayə olunmasını istəmirlər. Necə ki, dəfələrlə zikr etdim, cərh və tədildən qəsd olunan sünnəni himayə etməkdir. Sünnə isə iki növdür:

Nəql olunaraq gələn sünnə və əməli sünnə.

Nəql etmək yolu ilə gələn sünnəyə bağlı olan cərh və tədil sünnənin kitablarda yazılması, alimlərin bunu işləməsi ilə artıq sona çatmışdır. Sonrakı alimlərə qalan isə ixtilaf olan yerlərdə (ravilərdə) tərcih etməkdir. Sonrakı alimlərə qalan bu iş isə nəql etmək yolu ilə gəlmiş sünnəyə bağlı olan bu cərh və tədilə baxmaq və ravilərin yararlısını tərcih etməkdir. Çünki kitablarda zikr olunan bütün ravilər barəsində artıq danışılıb, etibarlılar (siqa) bəyan olunub, “saduqlar” bəyan olunub və s.

Mütəəxxir (onlardan sonra gələn) alimlər isə barəsində ixtilaf olan ravinin etibarlı olmasını və ya cərh olunmuş olmasını tərcih edirlər. Necə ki, şeyx Albani (Allah ona rəhmət etsin) etdiyi kimi. Bəzi şeyxlərimizin “Cərh və tədil artıq sona çatıb” demələrinin mənası budur. Onların məqsədləri hədislərin isnadında zikr olunan ravilərə bağlı cərh və tədildir.

Lakin bidət əhlinin bəyan olunmasıyla, onlara rədlər verilməsiylə, onlardan çəkindirilməsiylə və sünnənin qorunmasıya əməli sünnənin himayə olunmasına bağlı olan cərh və tədil isə nə qədər ki, haqq və batil mövcuddur, bu da mövcud olacaqdır.

Bir tərəf də vardır ki, cərh və tədili istəmirlər, istəyirlər ki, işlər hamısı qarışsın bir-birinə. Mən deyirəm ki, bəziləri vardır ki, onlar bəzi insanların qeyrətini çəkir, lakin dinin isə qeyrətini çəkmirlər!

Bəziləri də vardır ki, hamını cərh etmək istəyirlər: dülgər, dəmirçi, işıqçı, yeni müsəlman, birinci kurs elm tələbəsi!

Cərh və tədili bacarmayanlar ona girişirlər və öz dostlarına qarşı həddi aşırlar. Amma zənlə və s. danışmaq olmaz. İş öz əhlinə, elm əhlinə verilməlidir, şəri hüdudlar çərçivəsində onlardan qəbul olunmalıdır.
Nəsihətim budur ki, ey elm tələbələri elmlə məşğul olun, bunda həris olun, hər bir işi öz əhlinə buraxın. Müsibət budur ki, bizlərdən hər biri hər şey olmaq istəyir: istəyir ki, hakim olsun və dekan olsun və şeyx olsun və s. Peyğəmbər (sallAllahu aleyhi və səlləm) deyir:

Ona öz mükəlləf olduğu əməli, sizə öz mükəlləf olduğunuz əməlləriniz.

Sən öz mükəlləf olduğun işlərlə məşğul ol və dua et ki, başqalarının mükəlləf olduqları işlərdə Allah onları xeyirə müvəffəq etsin. Sən bura elm tələb etmək üçün gəlmisən, elmlə məşğul ol. Hər bir kəs nəyi gözəl bacarırsa o da ona verilir.

Sizə bir şeyi danışım. Avropa dövlətlərindən birindən bir tələbə var idi, İslamı qəbul etmiş və Mədinə İslam universitetinə qəbul olmuşdu. Gəldi, hazırlıqda oxumağa başladı. Dəvət bacarmayan və insanların hallarını bilməyən bəzi qardaşlar gəldilər və məsələləri dərk etməyən bu kəsə dedilər ki, filankəsdən uzaq ol, filankəsdən uzaq dur. Yəni ki, əgər görsən ki, bu insan belə şeyləri daşımağı bacarmayacaq, ona de ki, get filankəsə müləzim ol, filankəsin yanında elm al, filankəs şeyximizdir, ən birinci gəldiyimizdə ondan dərs almışıq, çoxlu faydalanmışıq və s. O tələbə öz ölkəsinə qayıtdı və bu bilməyənlərin səbəbi ilə mürtəd oldu.

Biz nə meyid istəmirik, nə də ki, hər şeyə girişən. Böyük elm əhlinin yolunda olmaq lazımdır. Əlhəmdulilləh, bu gün bizdə Mədinədə və başqa yerlərdə bu əzəmətli elmdə böyük alimlər var, onlardan öyrənir, onlardan götürürük. Allah daha doğru bilir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir