Oxunma sayı: 259
Sual #320 : Şeyx Fovzan – “İndi cərh və tədil alimi yoxdur!” sözünə açıqlaması
Sual verən:
Demisiniz ki, bu zamanda cərh və tədil artıq yoxdur. Sizin bu sözünüzdən bəziləri belə başa düşübdür ki, siz bidət əhli və müxaliflərə rədd verməyin əleyhinəsiniz.
Tarix: 2018-01-28
Cavab #320 : Şeyx Fovzan – “İndi cərh və tədil alimi yoxdur!” sözünə açıqlaması
Şeyx Saleh əl-Fovzan:
Cərh və tədil nə indi yayılmış qeybət deyil, nə də ki, nəmmamlıq, xüsusən də tələbələrin arasında. Cərh və tədil (həm də) hədis elmində isnad elmindəndir, bu isə mühəddislərin və imamların ixtisasıdır. İndi isə cərh və tədil əhlindən, yəni ki, isnadları bilmək, isnadları səhihləşdirmək və zəifləşdirmək əhlindən heç kimi tanımırıq. Qəsd olunan bu idi.
Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)