Oxunma sayı: 260

Sual #318 : Alləmə, Şeyx Həsən əl-Bənna ilə telefon danışığı – İndiki prezidentlərin hökmü


Allahın adı ilə. Həmd olsun Allaha, Peyğəmbərə Allahın salavatı və salamı olsun.

Bu, Şeyx Əbu Əbdürrəhman Əli bin Əbdüləziz Musanın görkəmli şeyx Həsən bin Əbdülvahhab əl-Bənna ilə telefon danışığının səs yazısıdır. Bu telefon danışığı asiyalı bir nəfərin Şeyx Həsən əl-Bənnaya ünvanladığı sualın mövzusundan bəhs edir. Sualın mövzusu dövrümüzün müsəlman rəhbərləri haqqındadır. Haqqında danışılan sualda sual verən şəxs qeyd edir ki, asilik olmayan məsələlərdə müasir rəhbərlərə eşidib itaət edirik, lakin onların şəri (qanuni) rəhbər olduğunu demirik. Şeyx Həsən əl-Bənna bu suala müxtəsər şəkildə cavab vermiş və elə təsəvvür yaranmışdır ki, Şeyx Həsən əl-Bənna sual verənin batil düşüncəsini təsdiqləyir. Bu səbəbdən Şeyx Əbu Əbdürrəhman Əli bin Əbdüləziz Musa deyilən məsələyə Şeyx Həsən əl–Bənnadan aydınlıq gətirmək üçün şeyxlə telefon əlaqəsi qurmuşdur.

Telefon danışığının səs yazısını sizə təqdim edirik:

Tarix: 2018-01-28

Cavab #318 : Alləmə, Şeyx Həsən əl-Bənna ilə telefon danışığı – İndiki prezidentlərin hökmü


Şeyx Əli bin Əbdüləziz Musa:
Telefon danışığını yazmaq üçün sizdən icazə istəyirəm.

Şeyx Həsən bin Əbdülvahhab əl-Bənna:
Buyur, buyur.

Şeyx Əli bin Əbdüləziz Musa:
Möhtərəm şeyx, Allah sizi qorusun və bərəkətli etsin.

Şeyx Həsən bin Əbdülvahhab əl-Bənna:
Qardaşım, Allah səni də qorusun.

Şeyx Əli bin Əbdüləziz Musa:
Şeyximiz, bir nəfər asiyalı sizə belə məzmunlu sual verib:

“Biz Asiya ölkələrində yaşayan müsəlmanlarıq. Bu ölkələrin rəhbərləri İslama nisbət olunurlar, lakin bu ölkələrin konstitusiyası yalnız dünyəvi qanunlardan ibarətdir, orada Allahın şəriəti ilə qərar verilən heç bir hökm də yoxdur. Məsələn, bəziləri deyirlər ki, niqab taxmaq orta əsrlərə qayıtmaqdır. Bəziləri isə dövlət iş yerlərində namaz qılmağı qadağan etmişdir. Buna baxmayaraq şeyximiz biz Allaha şükürlər olsun ki, sələfiyik, onları təkfir etmirik. Çünki təkfir məsələsi təhlükəlidir. Bu məsələdə alimlərə müraciət etmək lazımdır. Biz həmçinin insanları təkfirə səsləmirik. Biz insanları rəhbərə qarşı çıxmağa və ona etiraz etməyə də çağırmırıq. Biz deyirik ki, zərəri dəf etmək və məsləhət baxımından onlara itaət etmək vacibdir. Eyni zamanda biz belə rəhbərlərin şəri (qanuni) rəhbər, möminlərin əmiri olduğunu da demirik, ta ki, bu barədə sələfilərin böyük alimlərinə müraciət edənə qədər. Daha sonra o sizin belə cavab verdiyinizi nəql edir və bu barədə onun əlində səs yazısı da vardır. Bu sözləri nəql edən şəxs sosial şəbəkələrdə belə deyir: Misirin müdrik şeyxlərindən biri Şeyx Həsən bin Əbdülvahhab əl–Bənna qardaşların sualına cavab verib və onların ilk mövqeyinin doğru olduğunu təsdiq edib. O bu sözləri nəzərdə tutur:
“Biz onları təkfir etmirik. Çünki təkfir məsələsi təhlükəlidir. Bu məsələdə alimlərə müraciət etmək lazımdır. Biz həmçinin insanları təkfirə səsləmirik. Biz insanları rəhbərə qarşı çıxmağa və ona etiraz etməyə də çağırmırıq. Biz deyirik ki, zərəri dəf etmək və məsləhət baxımından onlara itaət etmək vacibdir. Eyni zamanda biz belə rəhbərlərin şəri (qanuni) rəhbər, möminlərin əmiri olduğunu da demirik, ta ki, bu barədə sələfilərin böyük alimlərinə müraciət edənə qədər. Onun sözünün canı budur ki, siz demisiniz ki, Ərəb və Asiya ölkələrində şəriətlə hökm etməyən rəhbərlər şəri (qanuni) rəhbərlər hesab olunmurlar. Onlara yalnız məsləhət əldə etmək və zərərdən qaçmaq baxımından eşidib itaət edirik.

Siz bu barədə nə deyə bilərsiniz?

Şeyx Həsən bin Əbdülvahhab əl-Bənna:
Məgər mən onların şəri (qanuni) rəhbər olmadıqlarını demişəm?

Şeyx Əli bin Əbdüləziz Musa:
O iddia edir ki, siz demisiniz ki, onlar şəri (qanuni) rəhbərlər deyillər. Sizin sözünüz budur deyir.

Şeyx Həsən bin Əbdülvahhab əl-Bənna:
Onlar şəriətlə hökm etməmək baxımından əlbəttə ki, şəri sayılmırlar. Amma biz onların rəhbərliyini qəbul edirik. Şəriətlə hökm etmir deyə biz onlara şəri olmayan rəhbər deyirik.

Şeyx Əli bin Əbdüləziz Musa:
Onların bizim üzərimizdə beyəti, eşidib itaət etmək haqqı vardırmı?

Şeyx Həsən bin Əbdülvahhab əl–Bənna:
Mən bu məsələdə sənin dediyini deyirəm. Məgər burada nəsə varmı? Biz bu rəhbərləri qəbul edirik, eşidib itaət edirik. Onları qəbul etmiriksə, necə eşidib itaət edək?! Təbii ki, belə olmaz. Biz mütləq onları qəbul etməli, asilik olmayan işlərdə eşidib itaət göstərməliyik. Onları qəbul edir, asilik olmayan işlərdə eşidir və itaət edirik.

Şeyx Əli bin Əbdüləziz Musa:
Yəni, belə rəhbər şəri (qanuni) rəhbərdir və bizim üzərimizdə beyət vardır, bizim borcumuz asilik olmayan işlərdə onu eşidib itaət etməkdir – elə deyilmi?

Şeyx Həsən bin Əbdülvahhab əl-Bənna:
Bəli, bəli, bəli. “Əgər hakimiyyəti məcburi əldə etsə” – sözünü sən necə başa düşürsən? Əgər desən ki, susuram, birincidə də sus. İlk öncə biz alimlərin sözlərinə baxsaq görərik ki, bu məsələ qətidir. Biz onları rəhbər kimi qəbul edirik. Başa düşdüyüm qədəri ilə onların şəriətlə hökm etməməkləri göz qabağındadır. Daha heç kəs deməsin ki, bu nədir?! Onlar ki, şəriətlə hökm vermirlər!

Şeyx Əli bin Əbdüləziz Musa:
Əgər onlar dindən çıxaran küfr etməyiblərsə, demək ki, şəri (qanuni) rəhbərdirlər və bizim üzərimizdə onlar üçün beyət vardır.

Şeyx Həsən bin Əbdülvahhab əl-Bənna:
Bəli, beyət vardır (Şeyx Həsən bu sözü Şeyx Əlinin sözünün tamamı və təsdiqi olaraq qeyd edir). Kim beyətsiz ölərsə cahiliyyət ölümü ilə ölər.

Şeyx Əli bin Əbdüləziz Musa:
Bəli.

Şeyx Həsən bin Əbdülvahhab əl-Bənna:
Yəni, o rəhbər olmaq istəmir, bu vaxtın işi deyil.

Şeyx Əli bin Əbdüləziz Musa:
Bəli, bu rəhbərlərin rəhbərliyi şəri (qanuni)dir.

Bəli, bu necə olur?! Bu vaxtın işi deyil?! Xeyr, bu vaxt işi deyil, bu tam hüquqlu şəri (qanuni) rəhbərdir. Amma şəriətlə hökm etmir. Biz onu rəhbər kimi qəbul edir, asilik olmayan işlərdə eşidir, itaət edirik.

Şeyx Əli bin Əbdüləziz Musa:
Bəli, onun rəhbərliyi şəridir (qanunidir) və beyəti vardır.

Şeyx Həsən bin Əbdülvahhab əl–Bənna:
Bəli, bəli, doğrudur.

Şeyx Əli bin Əbdüləziz Musa:
Allah səni qorusun.

Şeyx Həsən bin Əbdülvahhab əl-Bənna:
Necə yəni, üsyan edək?! Nə edək?!

Şeyx Əli bin Əbdüləziz Musa:
Bunlar sizin sözünüzü düzgün başa düşməyiblər?

Şeyx Həsən bin Əbdülvahhab əl-Bənna:
Bəli. Əgər mən bu sözü demişdimsə, indi də sözümü düzəldib və əlavə edib deyirəm ki, bu rəhbər şəri (qanuni) rəhbərdir. Biz onu şəri (qanuni) rəhbər kimi qəbul edirik. Bizim ölkəmizin rəhbəri filankəsdir. Bu sözün özü Allah qarşısında etirafdır. Sizin rəhbəriniz kimdir? (Xəvariclərdən soruşuruq) sizin rəhbəriniz kimdir? Mister filankəs, mister filankəs. Onların rəhbəri yoxdur?! Xeyr, bu ziddiyyətli sözdür. Əgər bizdə belə desək o zaman biz də ziddiyyətə düşərik. Necə olur ki, biz onları qəbul etmir, amma sözlərinə əməl edirik? Xeyr, biz onların asilikdə olmayan sözlərini qəbul edir və onları rəhbər olaraq qəbul edirik. Baxmayaraq ki, onlar şəriətlə hökm etmirlər. Bu məlumdur.

Şeyx Əli bin Əbdüləziz Musa:
Yəni, onların şəriətlə hökm etməməsi şəriətə ziddir, səhvdir. Onlar dindən çıxaran küfr etmədikcə onların rəhbərlikləri qalır və bizim boynumuzda heyətləri vardır.

Şeyx Həsən bin Əbdülvahhab əl-Bənna:
Biz onlara qarşı pis danışmırıq.

Şeyx Əli bin Əbdüləziz Musa:
Bəli, bəli. Allah səni qorusun.

Şeyx Həsən bin Əbdülvahhab əl-Bənna:
Daha doğrusunu Allah bilir. Möhtərəm şeyx, siz bizə belə öyrətmisiniz, elm adamları da belə deyib. Sözlərimizin hamısı belədir. Allaha həmd olsun ….. (başa düşülmür)

Şeyx Əli bin Əbdüləziz Musa:
Allah səni qorusun.

Şeyx Həsən bin Əbdülvahhab əl-Bənna:
Mən ciddi deyirəm. Allaha and olsun, mən səndən də öyrənir, elm götürürəm. Axı möminlər bir–birlərinin dostudur.

Şeyx Əli bin Əbdüləziz Musa:
Xeyr, xeyr, sən bizim ağsaqqalımızsan.

Şeyx Həsən bin Əbdülvahhab əl-Bənna:
Allah səni qorusun. Qardaşım Allah səni bərəkətləndirsin. Allah səni də xeyirlə mükafatlandırsın. Çünki sən həmişə bizi haqla müdafiə edirsən. Həmd olsun Allaha.

Şeyx Əli bin Əbdüləziz Musa:
Biz səndən icazə alıb bu yazını yaymaq istəyirik ki, haqqında danışılan məsələni düzəldək.

Şeyx Həsən bin Əbdülvahhab əl-Bənna:
Allah səni xeyirlə mükafatlandırsın. Əgər bu adam belə deyirsə, öz xətasını etiraf edir. Halbuki məsələnin hökmü bəllidir. Elm əhli öz sözünü demişdir, elə deyilmi?

Şeyx Əli bin Əbdüləziz Musa:
Bəli, bəli. Allah səni qorusun.

Şeyx Həsən bin Əbdülvahhab əl–Bənna:
Qapı açır və İskəndəriyyənin sözünü: “biz onları tanımırıq” – deyir. Biz isə onların dediyini demirik, çünki bu söz ziddiyatlıdır.

Şeyx Əli bin Əbdüləziz Musa:
Allah sizi mükafatlandırsın.

Şeyx Həsən bin Əbdülvahhab əl-Bənna:
Allah səni də xeyirlə mükafatlandırsın və bərəkət versin.

Şeyx Əli bin Əbdüləziz Musa:
Möhtərəm şeyx, bu gün hicri təqvimi ilə min dörd yüz otuz altıncı il, Zul Qadə ayının onudur. (25 Avqust 2015)

Şeyx Həsən bin Əbdülvahhab əl-Bənna:
Bu gün?

Şeyx Əli bin Əbdüləziz Musa:
Bəli, bu gün Zul Qadə ayının onudur. Allah sizi qorusun. Əssələmu aleykum

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir