Oxunma sayı: 205

Sual #317 : Şeyx Fovzana zəng – Adnan Arur haqda


Şeyx Fovzan:
Bəli, eşidirəm.

Sual verən:
Biz Avropadan, Hollandiyadan olan sələfilərik. Sizə bəzi suallarımız var.

Şeyx Fovzan:
Buyurun!

Sual verən:

Bəzi qaydalar var, istəyirik ki, bu qaydaların əhli sünnənin sabit üsul qaydalarına müvafiq olub-olmadığına aydınlıq gətirəsiniz. Birinci qayda:

Düzəldirik, lakin cərh etmirik.

Bu qayda haqqında rəyinizi bilmək istəyərdik.

Tarix: 2018-01-22

Cavab #317 : Şeyx Fovzana zəng – Adnan Arur haqda


Şeyx Fovzan:
Bu qaydanın heç bir əsası, əsli yoxdur. Mən deyirəm ki, bunun heç bir əsli yoxdur, batildir. Onları (müxalifləri) cərh etmək lazımdır!

Sual verən:
İkinci qayda:

Əgər kimisə mühakimə etsən, özün mühakimə olunacaqsan, əgər kimisə dəvət etsən, əcr qazanarsan.

Bu qayda haqqında nə deyə bilərsiz? Allah sizi bərəkətləndirsin!

Şeyx Fovzan:
Bu qaydanın da, heç bir əsli yoxdur, bidətdir. Batil əhlini mühakimə etmək lazımdır.

Sual verən:
Üçüncü qayda:

(Müxaliflərin) yaxşı əməllərini də, pis əməllərini də zikr etmək adillikdən və insafdandır.

Hədisdə keçən (şeytan yalançıdır, ancaq doğru dedi) sözü ilə bu “müvazinə” qaydasına dəlil gətirirlər. Bu qayda haqqında nə deyə bilərsiniz?

Şeyx Fovzan:
Deyirik ki, bu qayda da həmçinin batildir. Deyirəm ki, bu söz də həmçinin batildir! Allah təalə müşriklərin pisliklərini zikr etdi, lakin yaxşı əməllərini zikr etmədi.

Sual verən:
Bəs bidət əhli necə?

Şeyx Fovzan:
Nə olub bidət əhlinə?

Sual verən:
Yəni, onlar deyirlər ki, bidət əhlinin yaxşı və pis əməllərini zikr etmək ədalətdəndir və insafdandır.

Şeyx Fovzan:
Hamısı eyni şeydir. Onların pislikləri zikr edildikdə, yaxşılıqları zikr edilmir. Çünki Allah təalə düşmənlərin pisliklərini zikr etdikdə, yaxşılıqlarını zikr etmədi. Bu Adnan Arurun qaydalarıdır?!

Sual verən:
Bəli, şeyx. Bu qaydalar onundur.

Şeyx Fovzan:
Hə. Bu qaydaların hamısı puç, batil qaydalardır. Ona qarşı rədlər verilib, kitablar yazılıb.

Sual verən:
Dördüncü qayda:

Müxalifin xəta etdiyini demək olar, ancaq ona tənə etmək olmaz.

Bu qayda doğrudurmu?

Şeyx Fovzan:
Bu qayda da “düzəldirik, lakin cərh etmirik” qaydası kimidir. Tamamı ilə eyni qaydadır.

Sual verən:
Şeyx, o deyir ki, nə üçün imam Əhməd namaz qılmayanı təkfir etdikdə qınanmadı, lakin Seyyid Qutubdan bəzi xəta ifadələr çıxdıqda deyirik ki, o, cəmiyyəti təkfir edir. İmam Əhməd xalqın hamısının küfrünə hökm verib, amma o qınanmır.

Şeyx Fovzan:
İmam Əhməd alim idi, dəlilləri bilirdi, dəlil gətirmək yollarını bilirdi. Seyyid Qutub isə cahildir, elmi yox idi, heç nə bilmirdi, danışdıqlarına heç bir dəlili yox idi. İmam Əhmədlə Seyyid Qutubu bərabər tutmaq zülmdür.

Sual verən:
Həmçinin deyir ki, yer üzündə mənhəc məsələlərini Seyyid Qutub kimi danışan birini görməmişəm. Onun yazdıqlarının böyük əksəriyəti haqq idi. Adnan Arurdan bu söz barədə soruşulduqda, cavab verdi ki, mənhəc sözü ilə yəni, öz zamanında – 1950–ci illərdə verdiyi rədləri qəsd edirdim.

Şeyx Fovzan:
Deyirik ki, bu kəs (Arur) bilmir, çünki cahildir. Amma biz isə bilirik ki, Seyyid Qutubdan qabaqkı alimlər də, sonrakı alimlər də Seyyid Qutuba müxalif idilər.

Sual verən:
Deyir ki, Əhli Sünnə vəl-Cəməanın mənhəcinə dəvət etmək adı altında bir sinif kəslər peyda olubdur ki, insanları hər bir xətaya və ya aydın olmayan hər bir sözə görə insanları cərh edir, onlara tənə edirlər.

Şeyx Fovzan:
Mən deyirəm ki, bu boş bir sözdür, bununla batili doğru göstərmək, batil əhlini müdafiə etmək istəyirlər!

Sual verən:
Camaatların arasında baş verən ayrılıqların səbəblərinə baxsan, görərsən ki, çoxu əxlaqi səbəblər olub, əqidə və mənhəc səbəbləri deyildir. Bu söz düzdürmü?

Şeyx Fovzan:
Əqidə səbəbləridir, əxlaq yox. O bu sözü ilə özünü gizlətmək istəyir.

Sual verən:
Şeyx, bu (Adnan Arur) barədə nə deyirsiniz?

Şeyx Fovzan:
Deyirəm ki, bu kəs alim deyil. Bu kəs ölkəmizə işləməyə, pul qazanmağa gəlmişdi, sonra da özündə olanları izhar etdi (içindəkiləri üzə çıxardı.)

Sual verən:
Sizdən son nəsihət istəyirik. Onun dərslərində iştirak etmək olarmı?

Şey Fovzan:
Necə?

Sual verən:
O, Avropaya gəlir, sələfilərə onun dərsində oturmağı tövsiyə edirsinizmi?

Şeyx Fovzan:
Mən sələfilərə ondan qırılmağı, onun və onun kimilərinin dərslərində oturmamağı nəsihət edirəm.

Sual verən:
Allah sizi bərəkətləndirsin!

Şeyx Fovzan:
Sizi də!

Sual verən:
Əssələmu aleykum.

Şeyx Fovzan:
Allah sizə uzun ömür versin! Va aleykumussələm!

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir