Oxunma sayı: 230

Sual #316 : Şeyx Albani – Xəta rəy üzərində camaat olmaq doğru rəy üzərində ixtilafda olmaqdan daha xeyirlidir?


Sual:

Xəta rəy üzərində camaatda olmaq doğru, düzgün rəy üzərində ixtilafda olmaqdan daha xeyirlidirmi?

 

Tarix: 2018-01-22

Cavab #316 : Şeyx Albani – Xəta rəy üzərində camaat olmaq doğru rəy üzərində ixtilafda olmaqdan daha xeyirlidir?


Şeyx Albani:

Bu söz xəyaldır, şeirdir. Xəta üzrə camaat olmaq nə deməkdir? İnsanların bəzisi doğru rəy, bəzisi də xəta rəy üzrə olaraq ayrılıq olarsa nə zərər olacaqdır ki? Rəbbimiz buyurur:

“Haqdan sonra zəlalətdən başqa nə ola bilər ki ?” (Yunus, 32)

Həmçinin buyurur:

“Əgər Rəbbin istəsəydi insanların hamısını vahid bir ümmət edərdi, lakin onlar hələ də ixtilafdadırlar. Yalnız Rəbbinin rəhm etdiyi kəslərdən başqa” (Hud, 118-119)

Bu mənada olan məşhur hədis, Sələfi Sünnə mənhəcindən tutunmayan İslami firqələrin belini qırır və bu hədis də budur ki,

“Yəhudilər yetmiş bir firqəyə, nəsranilər yetmiş iki firqəyə və mənim ümmətim isə yetmiş üç firqəyə bölünəcəkdir və biri xaric hamısı Cəhənnəmdədirlər.” Dedilər ki, ey Allahın elçisi kimdir o? Dedi ki, o, camaatdır.
Başqa rəvayətdə isə deyir ki, mənim və sahabələrimin yolu üzərində olanlar.

Bu qayda Kitaba da ziddir, Sünnəyə də ziddir, ağıla da ziddir. Necə ola bilər ki, xəta üzərində camaat olmaq doğru üzərində ixtilafda olmaqdan daha xeyirli olsun? İnsanların bəzisinin doğru, düzgün (rəylər) üzərində, digərinin də xəta üzərində olması birinci olaraq Allah təalənin kövni iradəsidir (istəyidir).

“Əgər Rəbbin istəsəydi, insanların hamısını vahid bir ümmət edərdi.”

İkincisi isə bu, məsum Peyğəmbərin verdiyi xəbərdir ki, bu ümmət yəhudi və nəsranilərdən daha çox sayda firqəyə bölünəcəkdir. O yetmiş üç firqədən biri haqq üzərində, bundan başqası isə batil üzərindədirlər. Bu sözün batil olmasının açıq–aydın bilinməsi ilə yanaşı bunun sahibinə deyilir ki, “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!” (Bəqəra, 111)

Bu məsələ haqda bu qədər kifayətdir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir