Oxunma sayı: 196

Sual #315 : Şeyx Ubeyd əl-Cabiri – Şeyx Abdullah Buxari ‘alləmə’ adlanmağa layiqdir.


Sual:

Sələfiliyə nisbət olunan bəziləri var ki, tələbələri şeyx Abdullah əl–Buxarinin dərslərinə gəlməkdən çəkindirir və şeyxə tən edirlər. Bu barədə nə deyə bilərsiniz?

Allah sizi qorusun.

Tarix: 2018-01-22

Cavab #315 : Şeyx Ubeyd əl-Cabiri – Şeyx Abdullah Buxari ‘alləmə’ adlanmağa layiqdir.


Şeyx Ubeyd əl-Cəbiri:

Şeyx-Abdullah ibn Abdur Rahim əl–Buxari qardaşımızdır, sevimlimizdir, dostumuzdur. Heç də mübaliğə etmiş olmaram belə desəm ki, o, ‘alləmə’ adlanmağa layiqdir. O, sələfidir, hədis və fiqh sahibidir. Dəlil haraya gedirsə, o da oraya gedir. On beş il, bəlkə də iyirmi ilə çatar ki, mən onu tanıyıram. Bəli! Yadıma düşən budur.

Şeyxə tən edənlərin yanında onun “günahı” budur ki, o, bəzi xarab qaydalar və bidət üsullar gətirənlərə rədd edib, budur onun “günahı”. Onun dərslərində iştirak edin, ondan faydalanın. Allah sizə bərəkət versin. Artıq sirri bildiniz. Belə deyərlər ki, bir şeyin səbəbi bilindikdə təəccüblənmək puça çıxar. Allah bilir ki, o, ona atılan bu ittihamlardan uzaqdır. Lakin bu kəsləri qəzəb, təəssübkeşlik, yalan və kor hissiyyat haqdan uzaqlaşdırmışdır.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir