Oxunma sayı: 187

Sual #313 : Şeyx Fovzan – Dövlət məmurları haqda insanlar arasında pis danışmaq


Sual verən:
İslah etmək və çatışmamazlıqları aradan qaldırmaq məqsədi ilə insanlar qarşısında hökümət müəssisələrini və onları idarə edən məmurları tənqid etmək olarmı?

Şeyx Saleh əl-Fovzan:
Necə?

Sual verən:
İslah etmək və çatışmamazlıqları aradan qaldırmaq məqsədi ilə insanlar qarşısında hökümət müəssisələrini və onları idarə edən məmurları tənqid etmək olarmı?

Şeyx Saleh əl-Fovzan:
(Şeyx sualı səhv eşidir)

Bəli, hökümət müəssisələrinin islah və təmirə ehtiyacı olarsa, o zaman bunda bir problem yoxdur. Təmirsiz müəssisələrdə oturacaqlar ki? Yox, əlbəttə ki, müəssisələri islah etməlidirlər. Əgər sual verənin qəsdi budursa. Düzü, mən sual verənin qəsdini anlamadım.

Sual verən:
Allah sizə xeyir versin! Sual verən deyir ki, hökümət müəssisələrini və onları idarə edən məmurları tənqid etmək olarmı?

Şeyx Saleh əl-Fovzan:
Hə, köçsünlər başqa yerə

Sual verən:
Tənqid, tənqid, ey şeyx!

Şeyx Saleh əl-Fovzan:
Tənqid?

Sual verən:
Bəli, bəli…

Tarix: 2018-01-22

Cavab #313 : Şeyx Fovzan – Dövlət məmurları haqda insanlar arasında pis danışmaq


Şeyx Saleh əl-Fovzan:

Yox, olmaz! Tənqid hansı ki, onunla məqsəd hökümətin məsul şəxslərini insanların qarşısında alçaltmaq və gözdən salmaqdır, onu etmək olmaz. Lakin, o tənqid ki, onunla səlahiyyətli şəxslərə islah etmək məqsədi ilə xəbər verilir, bunda bir problem yoxdur. Məsələn, deyir ki, filan müəssisədə xələl var, məsul şəxsdə filan problem var. Bu şeylər də, ancaq dövlət başçısı qarşısında deyilir, insanların qarşısında deyil. İnsanlar qarşısında müəssisələr və məsul şəxslər haqqında danışmaq qeybətdir. Qeybətlə yanaşı, bu həmçinin fəsad törətməkdir. Çünki bu – dövlət başçısına qarşı asiliyə, ona qarşı nifrətə və digər buna oxşar şeylərə səbəb olur. Bu da xəvariclərin işidir, xəvaricilərin xüsusiyyətlərindəndir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir