Oxunma sayı: 224

Sual #310 : Şeyx Fovzan – Yaralı və ya öldürülmüş müsəlmanların şəkillərini paylaşmayın!


Sual:

Fələstindəki və digər yerlərdəki müsəlmanların (düşmən tərəfindən) yaralanmış və qətl edilmiş şəkilləri paylaşılır, bəzən isə video-kadrları yayımlanır. Buna səbəb isə digər müsəlmanları öz qardaşlarına yardım etməkləri üçün təhrik etməkdir. Bu əməl icazəlidirmi?

Tarix: 2018-01-21

Cavab #310 : Şeyx Fovzan – Yaralı və ya öldürülmüş müsəlmanların şəkillərini paylaşmayın!


Şeyx Saleh əl-Fovzan:

Bu düzgün əməl deyil. Yaralı müsəlmanların şəkillərini paylaşmaq doğru deyildir. Lakin müsəlmanlar öz qardaşlarına yardım edilməyə çağırılmalıdır, onların pis vəziyyətdə olduqları xəbər edilməlidir. Xəbər edilməlidir ki, yəhudilər onlara əziyyət verir. Lakin bu yaralı insanların şəkillərini göstərməklə edilməli deyil. Bu əməl özündə şəkil çəkmək məsələsini ehtiva edir ki, bu da Allahın əmr etmədiyi bir şeylə yüklənməkdir.

Həmçinin, bu cür şəkillərin yayılması ilə, müsəlmanların zəif olduğu göstərilir, çünki sən o şəkillərdə müsəlmanların bədənlərinin doğrandığını, yaxud kəsilmiş bir hissəni göstərirsən. Bu da müsəlmanları vahiməyə salır və bununla da müsəlmanlar düşmənlərdən qorxmağa başlayırlar.

Sizə vacib olan, müsəlmanların zəifliyini və başlarına gələn müsibətləri göstərməməkdir. Əksinə, belə şeylər gizlədilib, göstərilməməlidir ki, müsəlmanların gücləri zəifləməsin.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir