Oxunma sayı: 270
Sual #309 : Şeyx İbn Bəz – Öncə ramazan qəzası, yoxsa şəvvalın 6 gün orucu
Sual:
Allah sizi xeyirlə mükafatlandırsın. İordaniyadan olan Adnən adında bir nəfər soruşur ki, mənim zövcəm əcr və savab artıq olsun deyə Ramazan ayından sonra şəvvalın 6 gün orucunu tutur. Ondan sonra isə ilin digər aylarında üzrlü səbəbə görə buraxdığı orucların qəzasını tutur. Belə etməsi icazəlidirmi? Yoxsa əvvəlcə qəzaları tutmalıdır?
Tarix: 2018-01-21
Cavab #309 : Şeyx İbn Bəz – Öncə ramazan qəzası, yoxsa şəvvalın 6 gün orucu
Şeyx İbn Bəz:
Vacib olan odur ki, əvvəlcə qəzaları tutsun! Sonra isə 6 gün şəvval orucunu tutsun. Çünki Allah rəsulu (sallAllahu aleyhi və səlləm) buyurub ki, kim Ramazan orucunu tutub, ardınca şəvvalın 6 gün orucunu tutarsa…
Həmin 6 gün ramazandan sonra olmalıdır. Deməli vacib olan odur ki, əvvəlcə qəzanı tutsun, sonra isə 6 gün şəvval orucunu. Əgər sən izn versən.
Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)