Oxunma sayı: 218

Sual #308 : Şeyx Salih Ali Şeyx – Ummul Qura təqvimində fəcr namazının vaxtı tez göstərilibmi?


Sual:

Növbəti sualımıza cavab verməyinizi xahiş edirik. Bizim etibar etdiyimiz bəzi elm tələbələri deyirlər ki, Ummul–Qura təqvimində olan fəcr namazının vaxtı təqribən iyirmi dəqiqə tələsdirilib, çünki sübh çağı yalnız bu vaxtdan sonra açılır. Onlar sübh çağının açılması vaxtını diqqətlə izlədikdən sonra bu nəticəyə gəlmişlər. Xahiş edirik, bu məsələyə aydınlıq gətirəsiniz.

Tarix: 2018-01-21

Cavab #308 : Şeyx Salih Ali Şeyx – Ummul Qura təqvimində fəcr namazının vaxtı tez göstərilibmi?


Şeyx Salih Ali Şeyx:

İlk öncə, vaxtlar və ya qiblə məsələsində əgər insanlar elm və fətvaya əsaslanaraq hər hansı bir nəticəyə gəlsələr və müsəlmanlar buna əsasən əməl etsələr, onların arasına şəkk-şübhə salmaq caiz deyil. İnsanları namaz və ya ibadət vaxtı və buna oxşar digər məsələlərdə şəkk–şübhəyə salmaq olmaz. Çünki bu məsələlər elm əhlinin fətvalarına əsaslanır. Elm əhlinin ibadətlərlə bağlı fətvalarında və yaxud açıq–aydın səhv üzərində deyil, əksinə ictihadlarına əsaslanaraq etdikləri əməllərdə insanları şəkk–şübhəyə salmaq olmaz. Hamının riayət etməli olduqları namaz vaxtları Ummul–Qura təqviminə uyğun olmalıdır. Ona görə Riyadda və başqa şəhərlərdə bütün müəzzinlər istər fəcr namazında, istərsə də digər namazlarda ona riayət etməlidirlər. Əgər açıq yerdə və ya kənddə olarsa və təqvim həmin yerə uyğun olmazsa, o zaman ictihad edib əlamətlərə baxaraq vaxtları müəyyən etməlidir. Təqvimdə olan vaxtlar hesaba əsaslanır. Namaz vaxtlarını hesablama yolu ilə təyin etmək elm əhlinin yekdil rəyinə görə caizdir. Çünki Allah Azzə və Cəllə buyurur:

“Günortadan (gün batmağa meyl edəndən) gecənin qaranlığınadək namaz qıl.” (İsra, 78)

Beləliklə, günorta vaxtı məlum vaxt olduğuna görə namazın qılınma vaxtını günorta vaxtında etmişdir, lakin həmin vaxtı öyrənmə vasitələrini məhdudlaşdırmamışdır. Buna görə də alimlər fiqhi qaydalarda belə deyirlər: Vəziyyətlə əlaqəli əhkamlar, yəni fiqh elmində məlum olan əhkamlar səbəb, şərt, maneə və digərləri üçün vasitələr məhdudlaşdırılmır. Ona görə hər hansı vasitə ilə hökm gələrsə onunla təsbit olunar. Yalnız şəriət mətnlərində varid olan vasitə istisnadır. O da ki, orucdur. Çünki ayın daxil olması hökmünün təzə ay ilə təsbit edilməsi məsələsində əsl odur ki, o vəziyyətlə əlaqəli hökmdür, ona görə də, istənilən vasitə ilə təsbit oluna bilər: görmə ilə, hesablama yolu ilə və s. Lakin, şəriətdə onun vasitə olması haqqında mətnlər varid olduğu halda həmin vasitə artıq müəyyənləşdirilir və ondan digər bir vasitə qəbul olunmur. Həmin vasitə Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) buyurduğu “Onu (təzə ayı) gördükdə oruc tutun və (bir daha) onu gördükdə orucunuzu bitirin. Əgər səma çox buludlu olarsa günlərin saylarını 30–la tamamlayın “ – hədisidir.

Orucdan başqa olan məsələlərdə hesaba etimad etmək olar və həmin məsələlərdən də namazların vaxtlarının hesablanmasıdır. Bu hesablama isə onunla əlaqəlidir ki, günəş şüası ilə üfüq arasında olan bucaq 18 dərəcədir və bunu astronomik hesablama ilə məşğul olanlar bilirlər. Günəş şüasını görənlər isə deyirlər ki, biz onu yalnız filan və filan halda gördük. Məlumdur ki, bu gün üfüq fərqlidir. Həmçinin, müəyyən olunmuş (18) dərəcədən daha çox olan bucaqda şüanın çıxma istiqamətinə doğru hərəkət edən tüstü, toz və qazlar bütün yer üzündə üfüqdə müşahidə olunur, xüsusən də əgər şəhərlərdən uzaq yerlərdə bu daha çox müşahidə olunur. Buna görə də, biz deyirik ki, müəyyən olunmuş və yayılmış təqvimlərə uyğun əməl olunmalıdır və insanları şəkk-şübhəyə salmaq olmaz. Əgər bu təqvimin həqiqətə müxalif olması sübuta yetirilərsə bu barədə İslam Vəqflər Dəvət və İrşad İşləri Nazirliyi əməkdaşları bu barədə insanlara xəbər verəcək. Lakin hər hansı bir şəxs və ya imam gəlib deməsi ki, “Namazı qılmayın”, başqası “biz artıq namazı qıldıq”, insanlar deyirlər “namazlarınızı yenidən qılın” və ya “namazlarınız batildir”, bunların hamısı insanları ibadətlərində şəkk–şübhəyə salmaqdır. Bu məsələlər əzəmətli ibadət ilə bağlı olduğuna görə yalnız dövlətdə əmr sahibi tərəfindən verilən fətvaya əsaslanmalıdırlar. Heç bir kəs bu məsələlərə qarışa bilməz. İnsanlar astronomik hesablama, namazların vaxtları ilə digər məsələləri bilmirlər. Onlar istər gözlə görməklə və ya hesablama yolu ilə namazların vaxtlarının təyin edə bilmirlər. Bu işlər mütəxəssislərə həvalə olunmalıdır. Ona görə də məsələ olduğu kimi qalır və insanları bu məsələdə şəkk–şübhəyə salmaq olmaz. Mən bu bəyanatı çox uzatmaq istəmirəm. Çünki hər il ramazanda Riyadın bir çox məscidlərində bu məsələ haqqında danışılır.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir