Oxunma sayı: 185

Sual #307 : Şeyx Useymin – Öncə ramazan qəzası, yoxsa şəvvalın 6 gün orucu?


Sual:

Bir nəfər şəriətlə üzrlü olan səbəbdən dolayı ramazan ayının bəzi günləri oruc tutmayıb, həmin şəxs qəzanı tutmamışdan əvvəl şəvval ayının altı gün orucunu tuta bilərmi?

Tarix: 2018-01-21

Cavab #307 : Şeyx Useymin – Öncə ramazan qəzası, yoxsa şəvvalın 6 gün orucu?


Şeyx Useymin:

Şəvval ayının altı gün orucu yalnız ramazan orucunu tam bitirdikdən sonra sayılır. Yəni, əgər kiminsə ramazandan bir gün və ya daha çox qəzası varsa, həmin şəxs bu qəzaları tutmamış, şəvvalın altı gün orucunu tutmamalıdır. Çünki peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurmuşdur ki, kim Ramazan orucunu tutub, ardınca şəvvalın 6 gün orucunu tutarsa…

Məlumdur ki, hətta bir gün qəzası olan şəxs haqqında ramazan orucunu tam tutmuşdur deyilmir, əksinə ramazanın çox hissəsini tutmuş və ya yarısını tutmuş, yaxud dördə birini tutmuş və s. deyilir. Buna görə də, həmin şəxsə deyirik ki, əvvəlcə ramazan ayından qalan qəzaları tut, sonra isə şəvval ayının altı gününü tutarsan..

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir