Oxunma sayı: 249

Sual #303 : Şeyx Fovzan – Ummul-Qura təqvimində fəcr namazının vaxtı tez göstərilibmi? – 2


Sual:

Allah sizə xeyir versin! Bu günlərdə mobil telefonlar vasitəsi ilə fəcr namazının vaxtının təqribən on yeddi dəqiqə gecikdirilməsi barədə insanları təşvişə salan məktublar yayılıb.

Tarix: 2018-01-21

Cavab #303 : Şeyx Fovzan – Ummul-Qura təqvimində fəcr namazının vaxtı tez göstərilibmi? – 2


Şeyx Fovzan:

Bunlar elm öyrənənlərdən ibarət bir camaatdırlar ki, müsəlmanları ibadətlərində şəkk–şübhəyə salırlar. Onlar insanları ibadətlərində şəkk-şübhəyə salanlardırlar. Təravih namazı bidətdir, namazlar vaxtından qabaq qılınır, oruc vaxtından tez tutulur və s. bu kimi sözlər.

Onlara fikir vermək lazım deyil. Bu barədə fətvalar mövcuddur ki, bu ölkədə Ummul–Qura təqviminə riayət olunmalıdır. Dövlət başçısı da bu təqvimə etibar edib onu hamı üçün ümumiləşdirib. Ona görə də məqsədləri insanları şəkk-şübhəyə salmaq olan bu fırıldaqçılara fikir vermək lazım deyil. Onların məqsədləri yalnız insanları azdırmaqdır, ona görə onların sözlərinə fikir vermək lazım deyil.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir