Oxunma sayı: 236

Sual #302 : Şeyx Fovzan – Ummul-Qura təqvimində fəcr namazının vaxtı tez göstərilibmi?


Sual:

Bəzi qardaşlar deyirlər ki, fəcr namazının azanı vaxtında Ummul-Qura təqvimində bir qədər tələsdirmə var. Hal-hazırda Ramazan ayı yaxınlaşır, bəzi məscidlərin imamları isə bir qədər iqaməni tələsdirirlər. Sizdən xahiş edirik ki, xüsusən bu mübarək ay daxil olması səbəbi ilə bu mövzuda bir qədər ətraflı rəy bildirəsiniz.

Allah sizə bərəkət versin!

Tarix: 2018-01-21

Cavab #302 : Şeyx Fovzan – Ummul-Qura təqvimində fəcr namazının vaxtı tez göstərilibmi?


Şeyx Fovzan:

Ey qardaşım, Ummul–Qura təqvimi həm dövlət, həm də ümumiyyətlə insanların etibar etdikləri təqvimdir və Allaha həmd olsun ki, bu təqvimdə heç bir səhv müşahidə olunmayıb. Bu təqvimdə səhvin olduğunu deyənlərə gəldikdə isə, mən hesab edirəm ki, onlar özləri səhv edirlər. Bu təqvim etibarlı və yoxlanılmış təqvimdir. Müsəlmanlar bu təqvimin doğru olduğuna etibar edirlər. Ona görə müsəlmanların etibar etdikləri bu rəsmi etimad doğuran təqvim haqqında insanlar arasında şəkk–şübhələr yaymaq olmaz. Bu təqvimdə heç bir səhv müşahidə olunmayıb. Bu yayılan sözlər isə sadəcə şayələrdir ki, onların vasitəsi ilə insanları təşvişə salmaq istəyirlər və yaxud sadəcə özləri də bilmirlər ki, onlar səhv edirlər.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir