Oxunma sayı: 208

Sual #300 : Şeyx Useymin – Təravihi 8 rükət qılıb məscidi tərk edənlər


Tarix: 2018-01-21

Cavab #300 : Şeyx Useymin – Təravihi 8 rükət qılıb məscidi tərk edənlər


Şeyx Useymin:

Lakin, təravih namazı rükətlərinin ədədlərində sünnəni tətbiq etmək üçün çalışan bəzi qardaşlar xəta olaraq imamla namaz qıldıqda onun on bir və ya on üç rükətdən artıq namaz qılmasını gördükdə ondan ayrılır və məsciddən çıxırlar. Bu cür etmək səhabələrin tutub getdiyi yola və şəriətin ixtilafa girməmək üçün qoyduğu qaydalara müxalif olmaqdır. Mən saleh sələflərdən olan elə bir alim tanımıram ki, on bir və ya on üç rükətdən artıq namaz qılmağı haram və qadağa etsin. Bəs necə yaraşar ağıllı möminə geniş olan bir məsələ ilə bağlı müsəlman camaatından ayrılsın. Səhabələr (Allah onlardan razı olsun) bundan daha böyük bir məsələdə bir rəydə ittifaq etmək üçün həris idilər.

Belə ki, Osman ibn Əffan (Allah ondan razı olsun) həccdə minada olarkən namazı tam olaraq qılardı. Onun bu əməlini səhabələr inkar edərdilər. Lakin buna baxmayaraq, onun arxasında namaz qılardılar və namazı tamamlayardılar. Belə ki, onlar (səfərdə) namazın qısaldılması rəyinin doğru olduğunu hesab etsələr də, öz aralarında həmrəylik olsun deyə rükətlərin sayını artırardılar. İbn Məsud (Allah ondan razı olsun) Osman ibn Əffana öz inkarını bildirmişdi, lakin bununla belə onun arxasında namazı dörd rükət qılardı. Bu barədə soruşulduqda o, belə söyləmişdir:

“İxtilaf etmək şərdir”.

Bu onu sübut edir ki, səhabələrin (Allah onlardan razı olsun) metodu qəlblərin birləşməsi və vahid rəyin olması üçün zəruri olan bütün vasitələrə həris olmaq idi.

Mən həmin qardaşlarıma nəsihət edirəm ki, səhabələrin yolundan möhkəm tutmağa çalışsınlar. Onlar bizdən daha çox elmli, mükəlləfiyyət baxımından bizdən az və daha çox haqqa yaxın olanlardılar.

Daha pis olan odur ki, bu insan on rükət qıldıqdan sonra məsciddə öz yerində oturur və yoldaşı ilə söhbət edir, halbuki onlar namazda olan müsəlmanların arasında oturublar. Bununla namaz qılanları narahat edir və onlara əziyyət verirlər və namaz sıralarını pozurlar. Çünki onlar qiyam, rüku və səcdələrdə olan insanların arasında otururlar. Bunların hamısı cahilliyin, elmsizliyin nəticəsidir. Buna görə insan elmə malik olaraq düşüncəsiz deyil, həm elmli, həm də düşüncəli olmalıdır. Allahdan hidayət və sevib razı qaldığı şeylərə müvəffəq etməsini diləyirəm.

Sual verən:

Şeyx Useymin:

Xülasə olaraq, cavab budur ki, təravih namazında rükətlərin sayı məsələsi genişdir. Belə ki, on bir rükət və ya on üç rükət və yaxud da bunlardan daha çox qılarsa, bununla xeyir üzərində olacaq. Lakin daha fəzilətli olan on bir və ya on üç rükətlə kifayətlənməkdir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir