Oxunma sayı: 365

Sual #297 : Şeyx Fovzan – Sələfilərin Ramazandakı halı


Sual:

Bu əzəmətli ayı qarşılayarkən sələfilərin (Allah onlardan razı olsun) halı necə idi? Onların bu məsələdə metodları və yolları necə idi? İkinci məsələ isə, hörmətli şeyx, müsəlman (ramazan) gecələri və günləri keçirmək üçün elmi baxımdan, orucla bağlı əhkamları, orucu pozan şeyləri öyrənməklə necə hazırlaşmalıdır. Bəzi insanlar orucla bağlı məsələləri bilmir, baxmayaraq ki, bunu bilmək onlar üçün vacibdir.

Tarix: 2018-01-21

Cavab #297 : Şeyx Fovzan – Sələfilərin Ramazandakı halı


Şeyx Saleh əl-Fovzan:

Mərhəmətli və Rəhmli Allahın adı ilə. Sizə də Allahın salamı, rəhməti və bərəkəti olsun! Bu mühüm suallarına görə Allah səni bərəkətləndirsin!

Birinci suala gəldikdə, sələflərin Ramazanda halı necə idi?

Bəzi kitablarda sələflərin Ramazanda halı etibarlı ravilərdən rəvayət olunur. Onlar rRmazan ayı daxil olmamışdan əvvəl Allaha dua edirdilər ki, onları bu aya yetişdirsin. Çünki onlar bu ayda olan böyük xeyir və faydaları bilirdilər. Ramazan daxil olduqda isə, bu ayda edilən saleh əməlləri yerinə yetirmək üçün onlar Allahdan kömək istəyirdilər. Ramazan sona çatdıqda isə Allahdan onların ibadətlərini qəbul etməsini istəyirdilər. Necə ki, Allah (Cəllə və Alə) buyurur:

Rəbbinə qayıdacaqlar deyə yerinə yetirməli olduqlarını qəlbi qorxa–qorxa yerinə yetirənlər. Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər. (əl-Muminun, 60–61)

Belə ki, onlar saleh əməlləri yerinə yetirmək üçün çalışır, sonra isə narahat olurdular ki, əməlləri qəbul olunacaq yoxsa yox. Çünki onlar Allahın əzəməti haqqında bilirdilər. Həmçinin bilirdilər ki, Allah Təala yalnız Onun razılığını qazanmaq üçün ixlasla və rəsulullahın (sallAllahu aleyhi va səlləm) sünnəsinə uyğun edilən əməlləri qəbul edir. Onlar özlərindən razı qalıb əməlləri ilə kifayətlənmirdilər və əməllərinin puç olacağından qorxurdular. Bu qorxu onlar üçün əməli yerinə yetirməkdən daha ağır idi. Çünki Allah (Cəllə və Alə) buyurur:

Allah yalnız müttəqilərdən qəbul edər! (əl-Maidə, 27)

Onlar bu ayda özlərini işdən azad edir və dünya həyatı ilə əlaqəli işləri azaldırdılar ki, ibadətlərlə məşğul olsunlar. Həmçinin, onlar Allahın (Azzə və Cəllə) evlərində (məscidlərdə) oturmaq üçün vaxt ayırırdılar və söyləyirdilər ki, biz oruclarımızı qoruyur və insanlar haqqında qeybət etmirik. Onlar Allahın kitabını oxuyur və onu bir-birilərinə öyrədirdilər. Vaxtlarını boş keçirməkdən çəkinirdilər. Bu gün bir çoxlarının etdiyi kimi, vaxtlarını itirmirdilər, əksinə vaxtlarını qoruyurdular, gecələri qiyamda (namaz və zikrlərdə) keçirir, gündüzləri isə oruc tuturdular, Quran oxuyurdular, Allahı zikr edirdilər, xeyirli işlər görürdülər. Bir dəqiqə və ya qısa bir an buraxmırdılar ki, o vaxtda saleh əməl etməsinlər. Bu birinci sualın cavabı idi.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir