Oxunma sayı: 243

Sual #296 : Şeyx Fovzan – Ölkə əhalisi ilə birgə oruc tut və bayram et!


Sual:

Hörmətli şeyx, sual verən soruşur ki, siz Fransa əhalisi üçün belə bir fətva vermisiniz ki, onlar oranın (müsəlman) əhalisi ilə birgə oruc tutsunlar, baxmayaraq ki, oranın müsəlman şurası şəriət yolu ilə gözlə ayın görülməsinə deyil, astronomik hesablamalara əsaslanır. Sizin belə bir fətva verdiyiniz doğrudurmu?

Tarix: 2018-01-21

Cavab #296 : Şeyx Fovzan – Ölkə əhalisi ilə birgə oruc tut və bayram et!


Şeyx Saleh əl-Fovzan:

Bəli, doğrudur. Biz deyirik ki, öz ölkənizdə müsəlmanlarla birlikdə oruc tutun və parçalanmayın. İstər Fransa olsun, istərsə də başqa bir ölkə, fərq etməz. Müsəlmanlar peyğəmbərin (sallAllahu aleyhi və səlləm) “Oruc sizin oruc tutduğunuz gün, iftar (yəni, bayram) isə iftar etdiyiniz gündür!” – hədisinə əsasən bir yerdə oruc tutur və birgə bayram edirlər ki, parçalanmasınlar və vahid camaat olsunlar.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir