Oxunma sayı: 201

Sual #294 : Şeyx Saleh Ali Şeyx – Allahın hökmünü dəyişən rəhbər kimdir?


Sual:

Şeyx, bəzi gənclər deyirlər ki, siz deyirsiniz ki, təkfir və onunla əlaqəli məsələlər ilə məşğul olmayın! Halbuki, bizim yəqinliklə bildiyimiz bir məsələ də, budur ki, tağuta küfr etmədən tövhidin tam şəkildə həyata keçirilməsi mümkün deyildir. Mən də öz tövhidimi tam həyata keçirmək üçün mütləq tağuta küfr etməli və onun küfrünü insanlara bəyan etməliyəm. Bu sualın cavabı nədir?

Tarix: 2018-01-21

Cavab #294 : Şeyx Saleh Ali Şeyx – Allahın hökmünü dəyişən rəhbər kimdir?


Şeyx Saleh Ali Şeyx:

Tağut nə deməkdir? Məqama münasib olsun deyə, demək olar ki, tağut mənəvi və maddi ola bilər. Tağut Allahdan başqasına ibadət etməkdir:

“Hər kəs Tağutu inkar edib Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən yapışmış olur” (əl–Bəqərə: 256)

«Hər kəs Tağutu inkar edib» sözləri, kəlmeyi şəhadətin “Lə iləhə” hissəsini, yəni “haqq ilah yoxdur” mənasını ehtiva edir. «Allaha iman gətirsə» sözləri, “İlləllah” kəlməsini yəni, “Allahdan başqa” sözlərini təsdiq edir. Tağuta küfr edən kimsə, Allahdan başqasına ibadət olunmasına küfr edir. Yəni, sən bu məsələyə yanaşarkən deyirsən ki, sən bütlərə ibadət etməyə necə baxırsan? Allahı qoyub, hansısa bəşərə, daşa, cinə ibadət edən kimsəyə necə baxırsan? Əlbəttə ki, cavabımız belə olmalıdır: Biz Allahdan başqasına ibadət etməyi inkar edirik.

Tağuta küfr etmək elə budur.

Belə tağuta mütləq küfr etmək lazımdır. Bu, mənən küfr edilən tağut növüdür. Maddi olaraq küfr edilən tağutlara gəldikdə, alimlərin dedikləri kimi, belə tağutlar çoxdur. Onların başçıları isə beşdir:

Özünə ibadətə çağıran. İnsanlara, gəlin mənə ibadət edin deyən kimsə. Bəli, özünə ibadət etməyə çağıran kimsələr olmuşdur.

Yaxud insanları Allahdan qeyrisinə ibadət etməyə səsləyən. Məsələn, bu bütə, filan insana, filan cinə və s. ibadət edin deyən kimsə.

Həmçinin, alimlər tağutun bir növünün, Allahın hökmlərini dəyişən zalım rəhbər olduğunu demişlər. Hansısa ölkədə bir rəhbər gəlib deyir ki, mən gərək Qurandan sələm ayələrini silim. Belə halda o Allahın hökmünü dəyişir. Həmçinin deyir ki, Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) zinanın haramlığı haqqında danışan hədislərini silmək istəyirəm. Quranda yəhudilər haqqında olan ayələri silmək istəyirəm. Yəni, bizim üçün müxtəsər bir Quran icad etmək istəyir. Belə insan Allahın hökmlərini dəyişmiş sayılır.

Bu məqamda “dəyişən” sözünə diqqət yetirin. Allahın hökmünü dəyişən kimsə, Allahın Qurandakı hökmlərindən birini ləğv etmək istəyən kimsədir. O demir ki, mən bu hökmü ləğv edirəm. Əksinə deyir ki, mən onu dəyişmirəm. O, sabit bir hökmdür. Lakin yozumlu düşüncələrini ortaya qoyub deyir ki, indiki zamanda belədir, mən filan işdə işləyirəm, iş elə gətirib ki, mən bunu edə bilmirəm, bunu etmək mənim üçün çətindir və s. Bu insan başqa hökmə aiddir və o buna görə vəziyyətindən asılı olaraq üzrlü və ya üzrsüz ola bilər.

Bunu deməkdə məqsəd odur ki, əqidə Allaha iman gətirib, tağuta küfr etməkdir. Bu, insanın qəlbi etiqadıdır. Sən Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə, qədərin xeyirinə və şərinə iman gətirirsən. Məgər bunlar imanın əsasları deyilmi? Demək bu altı əsasa iman gətirməklə iman gerçəkləşir.

Gələk tağuta küfr etmək məsələsinə. Bu da həmçinin Allahdan qeyrisinə ibadət etməyi inkar etməkdir. “Lə iləhə” yəni, ibadətə layiq olan haqq məbud yoxdur, “İlləllah” yalnız Allahdan başqa. İbadət olunan ilahlar çoxdur. Bəziləri günəşə, aya, filan ilaha, şeyxə, peyğəmbərə, bəzi mələklərə və s. bu kimi varlıqlara ibadət edirlər. Necə ki, bu keçmiş tarixdə və real həyatda da görünür. İnsan Allahdan qeyri ibadət olunan bütün ilahları inkar etməlidir. Əgər kiməsə deyiləndə ki, sən Allahdan qeyrisinə ibadət olunsun deyə şərait düzəldirsən, yaxud buna inanırsan? Əgər o desə ki, bu işdə heç bir qəbahət yoxdur. Hər kəs istədiyinə ibadət edir. Belə insan Allaha həqiqi olaraq iman gətirməmiş və tağuta küfr etməmişdir. Uca Allah Öz kitabında bu məsələni tam dəqiqliyi ilə açıqlamışdır. Ələlxüsus İbrahim Xəlilin həyatını xatırladarkən. Belə ki, uca Allah “Zuxruf” surəsində buyurur:

“Bir zaman İbrahim öz atasına və qövmünə demişdi: “Mən sizin ibadət etdiklərinizdən uzağam. Yalnız məni Yaradandan başqa! Şübhəsiz ki, O məni doğru yola yönəldəcəkdir”. O bunu (“(Lə ilahə illəllah”)) kəlməsini öz nəsli arasında daimi qalacaq bir kəlmə etdi ki, bəlkə (doğru yola) qayıtsınlar. (Zuxruf, 26-28)

Bu əmr, “Lə iləhə illəllah” tövhid kəlməsindəki mənadır.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir