Oxunma sayı: 193

Sual #292 : Şeyx Raslan – Yəməndə baş verən son hadisələr haqda (27 Mart 2015)


Tarix: 2018-01-15

Cavab #292 : Şeyx Raslan – Yəməndə baş verən son hadisələr haqda (27 Mart 2015)


Şeyx Raslan:

Livanda hizbullahın olması artıq İranın Livanda olması deməkdir. Hizbullah deyilən təşkilatı İran yetişdirmişdir. Və bunun bir çox yerlərdə qolları vardır: Hicazdakı və Yəməndəki üsyançı hizbullah təşkilatlarına husilər başçılıq edir. Onların Səudiyyə məmləkətini zəbt etmək üçün gizli və təhlükəli planlan vardır. Böyük bir ordu düzəldərək, Məkkə və Mədinədəki Məscidul Həramları dağıtmaq və qara daşı oradan götürüb, Kufəyə aparmaq, sonra əhli-sünnənin qanını tökmək, sonra Əbubəkr və Ömərin cəsədlərini çıxarıb, yandıraraq külünü havaya sovurmaqdır. Bu dediklərimiz şiə kitablarından açıq–aydın başa düşülür. Şiə kitablarında əhli-sünnəyə qarşı təhdid xarakteri daşıyan bir çox vədlər vardır.

Hal-hazırda Yəməndə baş verən hadisələr, Misir camaatının əmin-amanlığı üçün də təhlükə yaradır. Bu haqda Misirdə Suveys kanalı qazılarkən demişdim ki, husilər artıq Yəməndə qüvvətləniblər. Misirlilər şimalda kanal qazır, lakin sonra Qırmızı dəniz onların üzərinə okeana girişdən bağlanacaqdır. Nə qədər çalışırsınız çalışın, heç bir şeyə nail ola bilməyəcəksiniz.

Husilər Yəməndə olan hizbullahçıların bir qoludurlar. (Hizbullah lideri) Həsən Nəsrulbüt İrana tabedir. Kimin əmrləri ilə hərəkət etdiyi məlumdur. Səudiyyənin şimal–şərqində yaşayan Həsənus Saffsar oradakı hizbullahçıların lideridir. Onlar oradan Bəhreyni ələ keçirmək istəyirlər. Körfəz dövlətlərinə gəldikdə orada da, şiələr var, amma cənubdakılar isə xalis hizbullahçılardır. Məlik Abdullahın (Allah ona rəhmət etsin) vaxtında üzə çıxmışdılar. Onu da, hədələmişdilər. Çünki onlar bütün əhli–Sünnə hakimlərini təkfir edirlər. Onların kürsülərinə sahib olmaq istəyirlər. Sonra bu rafizi əqidəsini yaymağa başlayacaqlar. Onlar atəşpərəstlərin və İranın bir parçasıdır. Onların Allahın dini ilə yaxından–uzaqdan əlaqələri yoxdur. Onların bu dindən payları yoxdur.

Elm əhlinin rafizilər haqda – istər alimləri, istərsə də, avamlarının təkfir olunması – haqda sözləri doğru və aydındır. Onlar İslam firqəsindən bir firqə deyildir və qiblə əhli deyildir. Necə ki, qeyd etdim, onlar farsların və atəşpərəsdərin hakimiyyətini qurmaq istəyirlər. Onların düşmənçiliyi və nifrəti Allahın əzəmətli dini və əzəmətli peyğəmbəri (sallAllahu aleyhi və səlləm) ilədir. Düşmənçilikləri səhabələr və bütün ərəblərlədir. Onlar dinə, peyğəmbərə, Qurana – hansı ki, onu təhrif edilmiş sayırlar – düşmənçilik və nifrət edirlər. Onlar üç səhabədən başqa digər bütün səhabələri Allah rəsulunun vəfatından sonra dindən çıxmış sayırlar. Onların əqidələrini və əhli–sünnəyə olan düşmənçiliklərini və nifrətlərini zikr etmişdim. Onlar ta qədimdən İslam dini, Quran, peyğəmbər, səhabələr və əhli–sünnə ilə düşmənçilik edirlər.

Ey əhli–sünnə sizə vacibdir ki, bir olasınız. Ey əhli-sünnə birləşin, çünki təhlükə yaxınlaşmaqdadır. Bu arada şairin sözü yadıma düşdü:

Şikarlar çoxalıb ovçunun üzərinə gələndə, Ovçu artıq nə ov edəcəyini bilməz hala gəlir. Bəzən sən onun ovuna çevrilirsən.

Və insan başına bəlanın haradan gələcəyini bilmir. Şiə rafizilərdənmi, ixvanlardanmı, İŞİDdənmi?! Mənim zənnimcə bu bəlanın şiələr tərəfdən gəlməsi həqiqətə daha yaxındır.

İŞİDin törətdiyi əməllər: Kəsməkləri və yandırmaqları tamami ilə rafizilərə bənzəyir. Sanki eynidir. İnsan bu dağıntı və bəlaların qarşısını necə və nə cür alacağını bilmir.

Allahdan diləyirəm ki, dini qorumaq və onu yaşatmaq üçün əhli-sünnəyə dünyanın hər yerində kömək olsun və onları qorusun!

Bunlar yəhudi və xristianların qalib gəlməsinə şərait yaratdılar. Onların köməkçiləri ixvanlardır və bu günə kimi də onlara yardım edirlər.

Rafizilərin qurama islami təşkilatlarını dəstəkləyirlər. Və bu qurama təşkilatların islamı süni toplumlar içərisində yer almasına səy göstərirlər. Və rafizilərin bu gün ki üsyanlarını müsbət və yaxşı hesab edirlər və bu əməllərinə haqq qazandırırlar.

İxvanlar bəlanın əsas səbəbkarlarıdır. İxvanlar rafizilərdən daha şərlidirlər. Və onlar o vaxt ki münafiqlər kimi sizin aranızdadırlar. Və siz onları tanımırsınız. Necə ki, Allah rəsulu (sallAllahu aleyhi və səlləm) belə onların çoxunu tanımırdı. Onlar bu ümmətin içində özünü büruzə vermədən irəliləyən gizli xərçəng xəstəliyi kimidir. Artıq xəstəlik aşkar çıxanda, şişlər görünəndə çox gec olur.

Allahdan diləyirəm, bu ümmətə kömək olsun!

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir