Oxunma sayı: 197

Sual #287 : Şeyx Saleh Ali Şeyx – Gənclər nə üçün təkfirə can atır?


Sual:

Cənab şeyx, bunun səbəbi nədədir? Yəni, nə üçün bu cavanlar bu yaşda olarkən aşkar elmləri tərk edir və bu kimi işlərə baş qoşurlar?

Tarix: 2018-01-14

Cavab #287 : Şeyx Saleh Ali Şeyx – Gənclər nə üçün təkfirə can atır?


Şeyx Saleh Ali Şeyx:

Bu məqamda yeri gəlmişkən deyim ki, psixoloqlara belə bir sualla müraciət etmək və onların rəyini öyrənmək lazımdır: “Nə üçün gənclər daha çətin işlərə, təkfir etməyə, öldürməyə, bir sözlə azğınlığa və böyük cinayətlərə can atırlar?”

Təcrübəmə əsasən deyə bilərəm ki, gənc insan özünü göstərmək, dininin qeyrətini çəkdiyini isbat etmək istəyir. Həmçinin gənc insan öz nəzərində özünün doğru hesab etdiyi şeyə doğru, səhv hesab etdiyinə isə səhv demək əzmində olur. Gənc insan bu əzmkarlığı ilə istədiyi məsələyə bu imandır, bu isə küfrdür deməyə cürətlənir. Gənc insan özünü göstərmək, varlığını biruzə vermək istəyində olur. Hal-hazırda ümumi olaraq gənclərin davranışlarına nəzər salsaq görərik ki, hətta şəhvətani hərəkətlər edən, paltarında, əxlaqında, hərəkətində və simasında xoşagəlməz geyinən gənclər özlərini fərqləndirmək istəyirlər. Bu onun daxildən gələn psixi mübarizəsidir ki, o özünü fərqləndirməyə və nəzər cəlb etməyə can atır. Bu xüsusiyyət dini donda ola bilər. Belə ki, gənc insan çətin məsələlərə müdaxilə edir və elə hesab edir ki, bu onu digərlərindən fərqləndirəcəkdir. Digər tərəfdən isə ona dinində fayda verən əməlləri tərk edir. Çünki bu kimi əməllər onu digərlərindən fərqləndirmir və o bu əməllərlə gözə çarpmadığını zənn edir. Belə insan düşünür ki, əgər o ümumi əqidə məsələlərində: iman və imanın əsaslarında – həmçinin namaz, ibadət, təharət, davranış, ailə əhkamları, ictimai məsələlər, yaxşılıq, qohumluq əlaqələrini qorumaq, özünün və başqalarının: qohumlarının, rəhbərlərin, elm adamlarının və bütün müsəlmanların hüquqlarını qoruyaraq deyilən əməllərə riayət etsə bir tərəfdən özünü yükləyəcək, digər tərəfdən də bu ona heç bir imtiyaz verməyəcəkdir. Ona görə gənc insan öz imanını, din qeyrəti çəkdiyini, İslama məhəbbət bəslədiyini biruzə vermək üçün ağır məsələlərə: təkfir və şəri şərtləri tamamlanmamış cihad məsələlərinə – müdaxilə edir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir