Oxunma sayı: 180

Sual #285 : Şeyx Əhməd Bəzmul – Tövhiddə cahillik üzrdür!


Tarix: 2018-01-14

Cavab #285 : Şeyx Əhməd Bəzmul – Tövhiddə cahillik üzrdür!


Şeyx Əhməd Bəzmul:

Cahilliyin üzrlü olub–olmaması məsələsi… Sünnə alimlərinin çoxu… Sözümə diqqətlə fikir ver! Qətiyyətlə deyirəm. Sünnə alimlərinin və sələfin çoxu cahilliyin üzrlü olduğu görüşündədirlər. Bəzi sələfi alimlər belə görürlər ki, müsəlmanlardan bir kimsə dəvətdən sonra, İslama girməsindən sonra küfrə və ya şirkə düşərsə, kafirdir.

Yaxşı, bu alimlərin digər alimlərə baxışı necədir? Qardaşlıq münasibəti! Onlar bir–birlərini bidətçi və ya zəlalət əhli saymırlar. Bu bir rəydir, o biri başqa bir rəy, bununla da, iş bitdi və bura kimi sələfin mənhəcidir.

O kəslər ki, gizlindədirlər, onlar cahilliyi üzrlü görənlərə tən edir, onlara murciə adını, əsrin murciəsi adını verirlər. “Kafirə kafir deməyən özü kafirdir” – qaydasına görə onlara kafir deyirlər. Onların sözlərinə görə Şeyx Rabii kafirdir, İbn Teymiyyə kafirdir, İbn Qeyyim əl-Cövziyyə kafirdir, Şeyxul–İslam Muhəmməd İbn Abdul–Vahhab kafirdir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir