Oxunma sayı: 162

Sual #284 : Şeyx Fovzan – Yəməndə baş verən son hadisələr haqda


Sual:

Yəməndə (şiə üsyançılar olan) husilərin döyüşdüyü əhli-sünnə qardaşlarımıza nəsihətiniz nədir?

Tarix: 2018-01-14

Cavab #284 : Şeyx Fovzan – Yəməndə baş verən son hadisələr haqda


Şeyx Saleh əl-Fovzan:

Onlara vacibdir ki, Allaha etimad etsinlər və çoxlu dua etsinlər. Bacardıqları qədər mallarını, canlarını və övladlarını qorusunlar. Yəmən əhlinin başına belə hadisələrin gəlməyinin səbəbi parçalanmaları və bir–birilərinə kömək etməməkləridir. Əgər onlar bir bayraq altında birləşsəydilər, heç kim onların işinə qarışa bilməzdi. Lakin o vaxt ki, onlar parçalandılar və hər kəs öz mənafeyi uğrunda çalışdı, onların başlarına belə hadisələr gəldi. Mən onlara tövsiyyə edirəm ki, səbr etsinlər və səbəblərdən tutsunlar. O səbəblər də, odur ki, bir olsunlar, camaat olsunlar və parçalanmasınlar.

“Bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbr edin!” (Ənfal surəsi, 46)

Bir–birindən ayrılıb, ixtilaf edənlər kimi olmayın! Bir olun, camaat olun! Parçalanmaq və partiyalara bölünmək müsəlmanlara zərər vurur. Onlara və həmçinin, bütün müsəlmanlara vacibdir ki, başqalarına qarşı Kitab və Sünnə üzərində birləşsinlər və bir camaat olsunlar!

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir