Oxunma sayı: 219

Sual #283 : Şeyx Fovzan – İbn Qeyyimin ‘Nuniyyə’ kitabının şərhindən – Cahillik üzr məsələsi


İbn Qeyyimin sözlərini oxuyan qari:

Mərhəmətli və Rəhmli Allahın adı ilə! Həmd olsun aləmlərin Rəbbi olan Allaha. Allahın qulu və elçisi olan peyğəmbərə, ailəsinə və səhabələrinə Allahın salat və salamı olsun.

Fəslin adı:

Elm və iman əhlini təkfir etmələrinə rədd, həmçinin, onların cəhl, təfrit, bidət və küfr əhlinə qismlənməsinin zikri.

 

Tarix: 2018-01-14

Cavab #283 : Şeyx Fovzan – İbn Qeyyimin ‘Nuniyyə’ kitabının şərhindən – Cahillik üzr məsələsi


Şeyx Saleh əl-Fovzan:

İbn Qeyyim (rəhiməhullah) burada əhli sünnə vəl cəməanın təkfir etdiyi bu kəsləri bir neçə qismə böldü:

Birinci qism:

Haqqı bilən, lakin ona inadkarlıq və üsyankarlıqla qarşı çıxanlar.

Bunların küfründə heç bir şəkk-şübhə yoxdur, haqqı bilib, lakin öz batillərindən əl çəkməyən cəhmilər, rafizilərin həddi aşmışları və sufilərin həddi aşmışları kimi.

Çünki belə olarsa, idarəçiliklərindən, insanların onları tərif etmələrindən və əldə etdikləri şeylərdən nələrsə onların əllərindən çıxar. Bu kəslərin küfründə heç bir şəkk yoxdur və bunlara heç bir üzr yoxdur, çünki onlar haqqı bilib, lakin onu qəbul etməmişdirlər.

İkinci qism:

Bunlar da, bu sözləri deyirlər, lakin bunlar haqqı bilmirlər və haqqı öyrənməyə də gücləri çatır, əgər axtarsalar, haqqı bilərlər. Lakin səhlənkarlıq etmiş və haqqı axtarmamışdırlar, lakin dediyimiz kimi, bunlar haqqı axtarmağa qadirdirlər. Bu kəslər isə şəkk yoxdur ki, fasiqdirlər. Lakin elm əhli bunların təkfirində ixtilaf etmişdir. Belə ki, bəziləri bunların kafir olduğunu, bəziləri isə olmadığını söyləmişdir.

Kafir görənlər demişlər ki, bunlar haqqı axtarmağa qadirdirlər və bunlar bilgi əhlidirlər, lakin haqqı axtarmamışdırlar. Əgər bunlar istəsələr haqqı bilərlər və buna qadirdirlər. Lakin kafir görməyənlər isə deyirlər ki, bunlar haqqı bilmirlər.

İmam İbn Qeyyim bu kəsləri təkfir etməmiş, onların təkfirində dayanmışdır. Onları fasiq görmüş, lakin kafir görməmişdir.

Üçüncü qism:

Elə insanlardır ki, haqqı bilmirlər və özləri də, onu axtarmağa və ona çatmağa qadir deyillər. Bunlar iki qismdir:

Bir qism insanlar zəlalət əhlindən yaxşı olduqlarını zənn etdikləri kəslərə təqlid etmişlər. Bunlar cahillərdir, elə bir kəslərə təqlid etmişlər ki, bilmirlər ki, onlar zəlalət əhlidirlər.

Digər qism isə haqqı bilmir, lakin onu axtarmaq istəmişlər, amma ona müvəffəq olmamışlar. İstədiklərinə çatmamışlar, belə ki, işlərə öz qapısından yaxınlaşmamışlar. Bu kəslər şəkk yoxdur ki, öz əməllərində azmışlar, lakin bunlara fasiq deyilməz. Bunlarda kim haqqı axtarar və ona çatarsa, ona iki əcr və kim də axtarar və ona çatmazsa, ona bir əcr vardır!

Bu, elə bir təfsilatdır ki, bu məsələdə bu təfsilatın olması labüddür. Və bu, İbn Qeyyimin bu mühüm beytlərdə zikr etdiyinin qısaca mənasıdır.

İbn Qeyyimin sözlərini oxuyan qari:

İnadkarlar açıq-aşkar küfr əhlidir,
Cahillər isə iki növdür.
(Birinci növ) elm və hidayət səbəblərinə qadirdirlər,
Bu səbəblər bunlar üçün asandır və imkanları da, vardır.

Şeyx Saleh əl-Fovzan:

Bunlar cahildirlər, onların haqqı tələb etməyə qüdrətləri var, amma ondan üz döndərərək onu tələb etməmişdirlər. Bunların fasiq olmalarında şəkk yoxdur və təkfirlərində də iki görüş vardır.

İbn Qeyyimin sözlərini oxuyan qari:

Lakin cəhalət diyarını özlərinə qərar tutmuşdurlar və korlar kimi təqlidi özlərinə asan hesab etmişdirlər.

Şeyx Saleh əl-Fovzan:

Bu kəslər haqqı tələb etməkdə səhlənkarlıq etmiş və korlar kimi başqalarına təqlid etmişlər. O kəslər kimi ki, başqaları tərəfindən yola yönəldilirlər. Bunlar kor deyillər, lakin onlara oxşadıqlarına görə çəkilmiş bir misaldır.

İbn Qeyyimin sözlərini oxuyan qari:

Haqqa çatmaq üçün də, qadir olduqlarını bu iş barəsində səhlənkarlıq edərək sərf etməmişlər.

Şeyx Saleh əl-Fovzan:

Bəzi insanlar deyirlər ki, qəbirlərə ibadət edənlər (öyrənməyə qadir olan bilgi əhli) cahilliklərinə görə üzrlüdürlər. Və deyirik ki, (şeyx öz rəyini deyir) onlar, əgər istəsələr haqqa çatmağa qadirdirlər. Onlar necə üzrlü bilinərlər ki, onlarda Quran, Sünnə və elm əhlinin sözləri vardır. Lakin onlar özlərini tərpədib haqqı tələb etməmişdirlər, haqqı öyrənməyə qüdrətləri olduqları öz olduqları vəziyyətlərində qalmışdırlar.   Bunlar üzrlü deyillər, çünki elm əhlində belə bir qayda var: Kimə hüccət çatmışdırsa və o da əgər istəyərsə, bu hüccəti fəhm etməyə qadirdir, lakin o, səhlənkarlıq edərək bu hüccəti tərk edib, bu kəs təkfir olunur.

Bu kəslər düşdükləri şirkə və qəbirlərə ibadətə görə üzrlü bilinməzlər.

İbn Qeyyimin sözlərini oxuyan qari:

Bu kəslərin fasiq olmasında şəkk yoxdur, küfrlərində isə bizdə iki görüş var. Mən isə bunların hökmündə dayanmışam (bu tavaqquf adlanır).

Şeyx Saleh əl-Fovzan:

Bu, İbn Qeyyimin bu kəslər barəsində olan rəyidir. İbn Qeyyim onları kafir adlandırmayıb, təkfirində dayanmışdır. Lakin fasiq olduqlarını deyir.

İbn Qeyyimin sözlərini oxuyan qari:

Mən isə bunların hökmündə dayanmışam (bu tavaqquf adlanır),
Onları nə küfrlə, nə də ki, imanla vəsf etmişəm.
Allahdır onların batinlərində olanları bilən,
Bizə qalan isə zahirdir.

Şeyx Saleh əl-Fovzan:

Bu ona görədir ki, bizə qalan ancaq zahirdir, amma batini isə Allahdan başqa heç kəs bilmir.

İbn Qeyyimin sözlərini oxuyan qari:

Lakin onlar həddi aşdıqlarına və düşmənçilik etdiklərinə görə,
Onun əzabını özlərinə qəti olaraq vacib etdilər.

Şeyx Saleh əl-Fovzan:

Onlar fasiqdirlər, bunda heç bir şəkk yoxdur və cəzanı özlərinə vacib ediblər. Lakin söz onların İslamdan küfrə çıxarılmasından gedir.

İxtilaf yeri burasıdır.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir