Oxunma sayı: 198

Sual #282 : Şeyx Ubeyd əl-Cabiri – Azərbaycan haqqında


Sual:
Azərbaycandan sual verilir ki, namazı tərk edənin hökmü nədir? Cahillik üzrdürmü? Və cahilliyi üzr görənlər murciədirlərmi?

Tarix: 2018-01-14

Cavab #282 : Şeyx Ubeyd əl-Cabiri – Azərbaycan haqqında


Şeyx Ubeyd əl-Cəbiri:

Bu sual bir neçə məsələni əhatə edir:

Birincisi, cahilliyin üzr olması məsələsi. Mənə görə daha doğru hesab etdiyim və seçdiyim rəy budur ki, bir insan onun əmsalında olan insanlara gizli qalan məsələlərə görə cahilliyi ona üzrlüdür. Buna çoxlu dəlillər vardır, bunlardan biri özünə zülm etmiş kəsin hekayəsidir. Həmin şəxs ölüm ayağında öz övladlarına vəsiyyət edir ki, o öləndən sonra onu yandırıb külə döndərsinlər, sonra isə külünü səpsinlər. Və belə deyir:

“Allaha and olsun, əgər Allah məni yenidən diriltsə heç kimi cəzalandırmadığı bir əzabla məni əzalandıracaqdır.”

O öldükdən sonra ailəsi onun vəsiyyətini yerinə yetirir. Əzəmətli və Cəlalətli olan Allah onu dirildərək soruşur:

“Ey qulum səni bunu etməyə nə vadar etdi?”

Kişi dedi: Ey Rəbbim, Səndən olan qorxum.

Uca Allah dedi: Artıq səni bağışladım.

Bu kişi mömin idi, Allahdan qorxurdu, lakin elə zənn edirdi ki, əgər onunla belə etsələr Allah onu yenidən diriltməyi bacarmayacaq.

Həmçinin dəlillərdən biri də, əhkam haqqındadır: “Mustəhadə” olan qadının hekayəsi (“mustəhadə” – qeyri heyz vaxtlarında gələn qana deyilir.)

Həmin qadın dedi: “Ey Allahın elçisi. Mənə oruc tutmağa və namaz qılmağa mane olur”, yəni həmin qadın bunu heyz zənn edib namaz qılmır. Çünki o bilirdi ki, heyz – namazı həm vaxtında, həm də qəzasını qılmağa şəri maneədir.

Lakin peyğəmbər (sallAllahu aleyhi və səlləm) ona başa saldı ki, bu sadəcə tərdir, başqa rəvayətdə isə bu şeytandan olan rəkdədir, heyzin kəsəndə namaz qılma, qan dayanandan sonra isə yuyun və namaz qıl.

Bu hədisin müxtəlif rəvayətləri var.

Həmçinin, namazını pis şəkildə qılanın hekayəsi. Bu hekayəni hətta ibtidai siniflərdə oxuyan balaca balalarımız belə əzbər bilirlər.

Həmin şəxs namaz qılıb peyğəmbərin (sallAllahu aleyhi və səlləm) yanına gəlir, ona salam verir. Allah rəsulu (sallAllahu aleyhi və səlləm) onun salamını alıb belə deyir:

“Get yenidən qıl, çünki sən namaz qılmadın”.

Bunu üç dəfə təkrar edir, Allah rəsulu (sallAllahu aleyhi və səlləm) isə hər dəfə ona yenidən qılmağı əmr edir.

Sonra həmin şəxs dedi: “Səni haqq ilə peyğəmbər göndərənə and olsun ki, bundan daha yaxşısını bacarmıram, mənə öyrət”.

Bundan sonra ona bir rükət namazı öyrədir: “Namaza durduğun zaman təkbir gətir, sonra sənə müyəssər olan qədər Qurandan oxu, sonra tam rüku vəziyyətini alana qədər əyil, sonra tam dikəlincəyə qədər qalx, sonra tam səcdə formasını alıncaya kimi səcdə et, sonra tam oturaq formasını alıncaya qədər otur, sonra tam səcdə formasını alıncaya kimi səcdə et, bütün bunları namaz boyu təkrarla.”

Ona bir rükət öyrədib, qalanlarını da, həmin formada etməyi tapşırdı.

Bu səhabənin halından belə görünür ki, o tək qılanda nafilə və ya fərz olmasından asılı olmayaraq namazını sürətlə qılırdı.

Bu hədisin (cahilliyin üzr olmasına) dəlil hissəsi odur ki, peyğəmbər (sallAllahu aleyhi və səlləm) ona namazları qəza etməyi tapşırmadı.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir