Oxunma sayı: 171

Sual #280 : Şeyx Useymin – İslam və küfr diyarı


Sual:

Şeyx, Darul-İslam və Darul–Küfrün tərifi nədir?

Tarix: 2018-01-14

Cavab #280 : Şeyx Useymin – İslam və küfr diyarı


Şeyx Useymin:

Darul-İslam o diyardır ki, orada İslamın şüarları icra olunur. Bu hakimlərlə bağlı bir məsələ deyil. Hətta, o ölkədə kafir əmir hakimlik etsə belə, o, ölkədə İslamın şüarları zahir olarsa, ora “Darul–İslam” hesab olunur. Orada azan verilirsə, (camaatla) namaz qılınırsa, cümə namazı qılınırsa və ya İslamın digər ayinləri – oruc, həcc və sair buna bənzər başqa əhkamlar icra olunursa, 0 ölkə “Darul-İslam”-dır. Hətta oranın hakimləri kafir olsa belə…

Çünki peyğəmbər (sallAllahu aleyhi və səlləm) bizə əmr edib ki, açıq-aydın küfr gördükdə o küfrə qarşı vuruşmaq lazımdır. Nə əmr edib bizə? Onunla vuruşmağı.. Və onun mənası odur ki, ölkəmiz İslam diyarı olaraq qalıb, kafirlə də vuruşulur və həmin küfrün hökmü də aradan qalxır.

Amma bəzi camaatlar deyir ki, küfr olan diyarlarda da, müsəlmanlar hökm verməlidir ki, yəni hakimlər müsəlmanlar olmalıdır ki, ora İslam diyarından sayılsın. Bu isə düzgün fikir deyil! Əgər biz bu gün onların dediklərini tətbiq etsək neçə İslam ölkəsi olacaq? Yalnız bir-iki ölkə İslam ölkəsi olacaqdır. Doğrusunu Allah bilir.

Hər bir halda bu düzgün fikir deyil. Əgər bir ölkədə İslamın şüarları izhar olunursa, ora İslam diyarıdır. Ora İslam diyarıdır.

O ki, qaldı o ölkədə həm İslamın, həm də küfrün şüarları izhar olur, necə ki, orada azan eşidilir, namaz qılınır və həmçinin bununla yanaşı eyni vaxtda orada yəhudilərə və xristianlara aid dini ayinlər də, icra olunur, bu zaman biz nə edirik, oranı nə adlandırırıq? Belə halda hakimlərə və çoxluğa qayıdırıq. Çünki hakim orada küfrün şüarlarını aradan qaldırmaqda aciz ola bilər. Əgər həmin diyarın əhalisinin əksəriyyəti müsəlman və hakimləri də, müsəlmandırsa, onda biz ora müsəlman ölkəsi deyirik, hətta orada küfrün şüarlarından hər hansı biri izhar olunsa belə… Niyə görə? Çünki orada kəmiyyət və rəhbərlik baxımından əksəriyyət müsəlmanlar təşkil edir.

Lakin bunlar asiliklərdir və onlar bu asilikləri aradan qaldırmağa acizdirlər. Ancaq asilikləri aradan qaldırmaq və qadağan etmək vacibdir.

Müsəlman ölkələrində açıq–aşkarda xaç gəzdirmək qadağandır. İslam ölkələrində kilsələrin üzərində və ya yol kənarlarında xaç yerləşdirmək qadağandır.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir