Oxunma sayı: 211

Sual #279 : Şeyx Albani – Şiələr kafirdirmi?


Sual:

Bizim ailəmiz, qohumlarımız, ölkəmiz və ətrafımızda olan insanlar arasında elələri vardır ki, qəbirlərdə olanları (meyidləri) dualarda çağırırlar, onları müqəddəsləşdirirlər, (müsibət vaxtı) onlardan kömək istəyir və s. əməllər edirlər. Biz onların əməli küfr (əməllə edilən küfr) etmələri haqqında hökm verə bilərikmi?

Tarix: 2018-01-14

Cavab #279 : Şeyx Albani – Şiələr kafirdirmi?


Şeyx Albani:

Mən ümumi bir qayda verə bilmərəm. Hər cürə ola bilər. Bəzən etiqadi küfr olur, bəzən də əməli küfr. Demək istəyirəm ki, onların əməlində bəzən qəribə bir şey olur. Mən şiələrin, rafizi adlanan bir qövmün hər birinin kafir olduqlarını demirəm. Əqidəsi məlum olanlar isə istisnadır.

Misal üçün Xomeyni, özü adlandırdığı “İslam Höküməti” kitabı ilə öz əqidəsini açıq–aşkar bəyan etmişdir. Bu (etiqadda olmaq) şəkk-şübhəsiz küfrdür. Lakin, mütləq deyil ki, mən bütün şiə alimlərinin bu fikirdə olduqlarını təsəvvürümə gətirim.

Buna görə də, mən deyirəm ki, hər kim bu cür fikirdə olarsa, kim etiqad edərsə ki, “Bizim əlimizdə olan bu Quran Fatimənin mushafında olan Quranın dörddə–bir hissəsidir” (yəni, əlimizdəki Quran tam deyil), bu sözləri deyən insanın küfründə heç bir şəkk–şübhə yoxdur. Lakin, mənim “Bütün şiələr kafirdirlər, ona görə ki, onların “Kafi” adlanan kitablarında filan şey deyilir!” – deməyim, şiə və rafizilərin ümumi olaraq təkfir olunması üçün kifayət etmir. Çünki, burada ümumi hökmü verməyə maneə olan iki səbəb vardır:

Birincisi, biz deyə bilmərik ki, hər bir şiə alimi həmin bu küfr əqidəsindədir.

İkincisi, biz təkfirin şərtləri sırasında ikinci olan, hüccətin qaldırılması şərtinin mövcud olmasından əmin olmalıyıq.

Bu iki səbəb bizə onların zəlalət əhli olmasını söyləməyə kifayət edir. Lakin, son dərəcə dəqiqliklə (onların kafir olduqlarını söyləmək üçün) biz onların əqidələrini öz dillərindən və ya qələmlərindən (yazdıqları kitablarından) bilməliyik.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir