Oxunma sayı: 186

Sual #278 : Şeyx Fovzan – Sünnəni inkar edən kafirdirmi?


Sual:

Bir kəs var. Dindar və saleh bir insandır. Quran hafizidir. Ona Sünnədən, hədislərdən danışdığımda isə, mənə dedi ki, mən “Quraniyəm” (Hədisləri inkar edənlər). Bu adam ancaq Quran ayələrindən dəlil gətirirdi. Bu insan Sünnəni qəbul etməyən zəlalət əhlindən sayılırmı?

Tarix: 2018-01-14

Cavab #278 : Şeyx Fovzan – Sünnəni inkar edən kafirdirmi?


Şeyx Saleh əl-Fovzan:

Bu insan iki halda ola bilər. O, ya həqiqətən cahildir. Başqalarının sözünü götürüb, onu doğru sayır. Bu cür insan ona bəyan olunana kimi cəhalətinə görə üzrlüdür. Ona bəyan olunana kimi cəhalətina görə üzrlüdür. Əgər (bəyan olunduqdan sonra da, küfründə) inad edərsə, onun küfrünə hökm edirik. Çünki bu Allah Rəsulunu (sallAllahu aleyhi və səlləm) yalan saymaqdır.

Ya da, bu sözlərin mənasının zəlalət və xəta olduğunu bilib deyir. Yəni, bunu bilərəkdən edir. Şübhəsiz ki, bu cür adamın küfrünə hökm edilir. Çünki 0 Allah rəsulunun (sallAllahu aleyhi və səlləm) hədislərinə bilərəkdən tən edir. Bu isə Allah rəsulunu (sallAllahu aleyhi və səlləm) yalan saymaqdır.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir