Oxunma sayı: 166

Sual #277 : Şeyx Fovzan – Belə əcaib məsələləri eşələyib çıxarıb, insanları parçalayırlar!


Sual:
Əməllər imanın sıhhəti üçün şərtdir, yoxsa kamilliyi üçün?

Tarix: 2018-01-14

Cavab #277 : Şeyx Fovzan – Belə əcaib məsələləri eşələyib çıxarıb, insanları parçalayırlar!


Şeyx Saleh əl-Fovzan:

Şübhəsiz ki, Əhli-Sünnə vəl Cəmaata və alimlərə görə əməl imandandır. İmanın əslidir və ona görə imana belə tərif vermişlər: “İman – dil ilə tələffüz etmək, qəlb ilə etiqad etmək və əməllərlə göstərməkdir. İman itaətlə artar, asiliklə azalar.”

Lakin şərt olsa idi, onda əməl imandan sayılmazdı, çünki şərt şərtləşdirilmiş işin xaricində olur. Ona görə “əməl imanda şərtdir” demək olmaz, ona görə “əməl imandandır” deyilməlidir. Onun həqiqətinə daxildir. Əhli-Sünnə vəl-cəmaanın bu məsələdə yolu budur.

Bu günki gündə bəzi tələbələr çıxıb, əcaib məsələləri eşələyib, ortaya çıxarırlar. Və bu məsələləri insanlar arasında yayırlar ki, onları parçalasınlar. Məsələn, əməl məsələsi kimi… Deyirlər ki, “əməl imanın sıhhəti üçün şərtdir, yoxsa kamilliyi üçün?”

Biz onlara cavab olaraq deyirik: Bu şərt deyil. Əməl imandandır. İmanın həqiqətinə daxildir. Əməl imandandır. Şərt deyildir, çünki şərt olsa idi, əməl imandan sayılmazdır ki, bu da, azğınlıqdır.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir