Oxunma sayı: 280

Sual #276 : Şeyx Albaninin əzharlı şeyxlə bəhsi: ‘Allah haradadır?’


Şeyx Albani:

Bu məsələdə (Allahın harada olması məsələsində) bir çox firqələr, böyük firqələr azmışlar. Bu azmağın səbəbi nədir? Səbəbi ondadır ki, onlar mövcudluq məkanı ilə qeyri-mövcudluq məkanı məsələsini qarışdırmışlar. Biz isə onu məkan olaraq adlandırmırıq.

Mənim bu hekayəni sizə danışmağımda heç bir problem yoxdur. Həmd olsun Allaha, həcc mövsümlərindən birində və hal-hazırkı yaşadığımız bu zamanda biz mübarək məclislərdən birində oturmuşduq. Bizimlə birlikdə olan sıx halqada bəzi zəvvarlar otumuşdular.

Biz Rəbbimizin bizə asanlaşdırdığı elmi mövzulardan biri barədə söhbət edirdik. Bu zaman bir əzharlı şeyx bizim yanımızdan keçirdi. O mənim söhbətimi eşidib oturdu.

Heç bir şəkk-şübhə yoxdur ki, hər bir alim hər hansı bir elmi araşdırma apardıqda onun yanında başqa bir alim oturur və aydın olur ki, onun qarşısında oturan, məsələn, sələfidir, xələfidir, hənəfidir, şafiidir, sünnidir, şiədir və sairə.

Bu kişi (bizim söhbəti dinləyib) öz düşüncəsi ilə araşdırma metodundan elə anladı ki, mənim mənhəcim sələfi-salihin mənhəcidir. Həmçinin bir çox elm tələbələrinin və şeyxlərin rəyində olduğu kimi, bu danışma üslubumdan elə nəticəyə gəldi ki, mən “vəhabiyəm”. Aydındır? Həm də nəcd əhlindən olan bu (onun adlandırdığı) “vəhabilər” əqidələrinə, məzhəblərinə və sairə görə ittiham olunurlar. Bu da (vəhabi kəlməsi) şəkk-şübhəsiz, heç bir əsli-əsası olmayan bir kəlimədir.

Həmçinin o, elə qənaətə gəldi ki, guya mən hənbəliyəm. İstər üsul, yəni əqidə, istərsə də furu (fiqh, təfsir, hədis və s.) elmlərində imam Əhmədin məzhəbinə riayət etməyim qənaətinə gəldi.

Tarix: 2018-01-14

Cavab #276 : Şeyx Albaninin əzharlı şeyxlə bəhsi: ‘Allah haradadır?’


Həmin kişi söylədi ki:
Sizdə xeyir və bərəkət var, lakin, siz (Allahı məxluqlara bənzədən) müşəbbihələrsiniz.

Ona dedim: Necə yəni?

Dedi:
Çünki siz deyirsiniz ki, Allah Əzzə və Cəllə Ərşə istiva etmiş, orada yer almışdır.

Ona dedim ki:
Ey şeyx, bunu biz demirik, bunu aləmlərin Rəbbi deyir.

Dedi ki:
Doğrudur, lakin mənim qəsdim odur ki, siz bu ayənin zahiri mənasına iman etməyinizlə Allahın müəyyən bir məkanda olduğunu deyirsiz.

Ona dedim ki:
Qardaşım, biz Quran və Sünnədə gələnə heç bir bənzətmə və ya inkar etmədən iman edirik. Biz indi sənin dilinlə və elminlə sənə sübut edəcəyik ki, biz demirik ki, Allah hər hansısa bir məkandadır. Biz deyirik ki: ər-Rahmən Ərşə isteva etdi. (Taha, 5) 

Dedi: Necə yəni?

Ona daha öncəki sualı verdim və onun mövqeyini soruşdum. Ona dedim ki, de görüm “məkan” mövcud olan bir şeydir? Yoxsa, qeyri-mövcud olandır?

Dedi: Xeyr, mövcud olan bir şeydir.

Dedim:
Yaxşı. Həmin bu mövcud olan məhduddur, yoxsa qeyri-məhduddur?Məkan məhduddur, yoxsa qeyri-məhduddur?

Dedi: Xeyr, məhduddur.

Dedim:
Sənə sual verdim və sən elə cavab verdin ki, onda heç bir ixtilaf yoxdur. Dedim, yaxşı. Deməli bizim üstümüzdə olan nədir?

Dedi ki: Birinci dünya səması.

Dedim: Həmçinin ikinci, üçüncü səma.

Dedi: Bəli.

Dedim: Həmçinin yeddinci səma.

Dedi: Bəli.

Dedim: Yeddincidən yuxarıda nə var?

Dedi: Ərş.

Mən elə hesab etdim ki, (ona görə bu sadalamada) məxluqlar artıq bitdi. Mən elə zənn etdim. Lakin o, bədəvi ərəb dilində Suriyanın “məfkuti” ləhcəsində bir cümlə söylədi.

Ondan soruşdum ki:
Ərşdən yuxarıda nə var?

Mən elə zənn etdim ki, o deyəcək ər-Rahmən Ərşə isteva etdi.

O isə “məfkuti” ləhcəsində dedi ki: Ərşdən yuxarıda “kurubiyyun”lardır.

Ondan soruşdum ki, “kurubiyyun” nədir?

Dedi ki: Mələklərdir.

Ona dedim ki:
Birincisi de görüm, haradasa zikr olunurmu ki, “kurubiyyun” adında mələklər var və onlar Ərşdən yuxarıdadırlar?

Dedi: Yox.

Dedim: Bəs, Rəsulullahdan (sallAllahu aleyhi və səlləm) bu barədə hədis varmı?

Dedi: Xeyr.

Ona dedim: Bəs bunu haradan götürmüsən? Bu ki, qeybi bir məsələdir. Sən deyirsən ki, Ərşdən yuxarıda mələklər var və onların adı “Kurubiyyun”dur. Sən bunları haradan götürmüsən?

Dedi: Mən bu məsələdə “Zahirilər” ilə bir rəydəyəm, onlar deyiblər bunu.

Dedim: SubhənAllah, mən bilirəm ki, zahirilər deyirlərki, əqidə yalnız mütəvatir (çoxlu sənədlə gələn) hədislərdən götürülür. Hədisin mütəvatir olması lazımdır.

Bəs necə siz bu əqidəni götürürsüz, hansı ki, onu təsdiqləyən heç bir hədis yoxdur. Yəni ki, səhih mütəvatir olmayan bir hədis.

Dedim: Yaxşı sən etiqad edirsən ki, Ərşdən yuxarıda “Kurubiyyun” adlanan mələklər var. Bəs mələklərdən yuxarıda nə var?

Dedi ki: Heç nə.

Dedim: SubhənAllah. İndi sən öz dilinlə özünə qarşı şahidlik edirsən ki, vəhabilər adlandırılan sələfilər dedikdə ki, Allah Ərşin üzərindədir, demirlər ki, Allah bir məkandadır.

Çünki, məkan bizim etiqadımıza görə Ərşdə bitir, sənin etiqadına görə isə kurubiyyunlarda bitir. Kurubiyyunlardan yuxarıda isə məkan yoxdur.

Ona görə də biz o kəslərik ki, Allahın bütün məxluqlardan yuxarıda olduğuna iman edirik. Biz etiqad edirik ki, O, məkanda deyil.

Deməli, bu səhih olan, sifətlərə dəlalət edən ayələrə uyğun olan və aləmlərin Rəbbini məxluqlara bənzətməkdən uca tutan anlayışla (beləbir yanaşma ilə) iman edirik ki, Allah Əzzə və Cəllə Onun Əzəmətinə və Cəlalına uyğun şəkildə Ərşə isteva edib.

Deməli, Allah heç bir məkanda deyil.

Biz bütün bu sifətlərə iman gətirmişik.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir