Oxunma sayı: 197

Sual #275 : Şeyx Raslan – Fransada karikaturaçıların öldürülməsi haqda


Tarix: 2018-01-14

Cavab #275 : Şeyx Raslan – Fransada karikaturaçıların öldürülməsi haqda


Şeyx Raslan:

Fransada, Avropada və bütün Qərb aləmində baş verənlərdən, eləcə də, Fransada bir qism insanın öldürülməsindən müsəlmanlar nə fayda götürəcəklər? Müsəlmanların xeyrinə nə olacaq? Deyim sənə: Müsəlmanların üzərinə təzyiqlər artacaq. Daha böyük fitnələr olacaq.

Artıq Fransanın daxili işlər nazirliyi bu çuxura düşmüş fransızları çəkindirərək demişdir: “Müsəlmanlardan özünüzü qoruyun!”
Bununla nə demək istəyir, bunun mənası nədir?

(Onu demək istəyirki, guya) onlarla coşmuş müsəlman – (fransızlara) düşmən olmaq, yaşadığı yerləri dağıtmaq, onları öldürmək, qanlarını tökmək, onların yerlərində, küçələrində, yollarında onlara təzyiq etmək istəyir. Və bütün dünyaya göstərmək istəyirlərki, guya İslam dini vəhşilik dinindir. Sonra rəhmət Peyğəmbərinin (sallAllahu aleyhi və səlləm) öz çəkdikləri şəklini nəşr edirlər. Guya İslam dini qan axıtmaq, insan öldürmək dinidir.

Göstərilənlərdən və eşidilənlərdən bu dini elə qələmə verməyə çalışırlar ki, guya bu din nə qəlblərdə, nə ruhlarda, nə nəfslərdə zərrə qədər rəhmət olmayan dindir.

Vay olsun onlara! Hansı ki, gəmini deşib əhlini batırırlar.
Vay olsun,vay olsun,vay olsun! Onlargəmini deşib əhlini batırırlar.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir