Oxunma sayı: 180

Sual #274 : Şeyx Raslan – Peyğəmbərin mövludunu qeyd etməyin hökmü


Tarix: 2018-01-14

Cavab #274 : Şeyx Raslan – Peyğəmbərin mövludunu qeyd etməyin hökmü


Şeyx Raslan:

Peyğəmbər (sallAllahu aleyhi və səlləm) öz doğum gününü qeyd edərdi və mən də bu günü sünnəyə uyğun necə keçirmək haqda məlumat verəcəyəm. Əhli-Sünnədən savayı heç kəs onu keçirmək iqtidarında deyil.

Bidət əhli bu məsələdə kordur. Peyğəmbər (sallAllahu aleyhi və səlləm) adətən həftənin ilk günü oruc tutardı.

Bir dəfə ondan soruşdular ki, Ey Allahın rəsulu! Fikir vermişik ki, sən heç vaxt bazar ertəsi olan orucu buraxmırsan! O (sallAllahu aleyhi və səlləm) cavab verdi: “Bu gün mənim doğulduğum və vəhy aldığım gündür.”

Rəbiul Əvvəl ayının 12-si. O (sallAllahu aleyhi və səlləm) doğulduğu gündə də vəfat etdi. Məsələn, bir insanın yeganə bir oğlu var. O, oğlunu özündən də çox sevir və onun doğum gününü qeyd edir. Allahın qədəri ilə bu oğul doğulduğu gündə vəfat edəcək. Bundan sonra o insan oğlunun doğum gününü bir daha qeyd edərmi!? Hansı ki, bu həm də, onun ölüm günüdür.

Kim Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) doğum gününü qeyd etmək istəyirsə, hər bazar ertəsi günü oruc tutsun.

Necə ki, Peyğəmbər (sallAllahu aleyhi və səlləm) hər həftə tutar və deyərdi ki, o bu gündə doğulub. Bu Allahın dinində bir bidətdirmi? Bu sünnədir.

Buna görə də, kim Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) doğum gününü qeyd etmək istəyirsə, hər bazar ertəsi günü oruc tutsun.

Aləmlərin Rəbbi olan Allahdan diləyirəm ki, hər birimizi gözəl şəkildə haqqa yönəltsin və bütün müsəlmanları doğru yola yönəltsin.

Bizi və bütün müsəlmanları şirkdən, bidətdən, kiçik və böyük günahlardan təmizləsin. Allah hər bir şeyə qadirdir. Peyğəmbərə, onun ailəsinə və əshabına Allahın salavat və salamı olsun.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir