Oxunma sayı: 191

Sual #273 : Şeyx Suheymi – ‘Sevgililər günü’nü qeyd etməyin hökmü


Tarix: 2018-01-14

Cavab #273 : Şeyx Suheymi – ‘Sevgililər günü’nü qeyd etməyin hökmü


Şeyx Suheymi:

‘Sevgililər günü’nü qeyd etmək yeddi səbəbə görə qadağandır.

Birincisi:
Əslində həmin gün Rumlularda ‘Sevgi ilah’ının bayramı adlandırılırdı. Deməli, ona qəlbi bağlamaq, bütpərəstliyə bağlanmaq sayılır, çünki bu əməl bütə ibadət edənlərə təqlid etməkdir.

İkincisi:
Bu əməldə yəhudi və xristianlara təqlid var. Bu barədə Peyğəmbər (sallAllahu aleyhi və səlləm) artıq xəbər vermişdir:

“Siz mütləq özünüzdən əvvəlkilərin getdiyi yolu izləyəcəksiniz.”

Soruşdular: “Yəhudi və xristianlarımı qəsd edirsan?”
O (sallAllahu aleyhi və səlləm) dedi: “Başqa kim ola bilərki?!”

Başqa rəvayətdə isə buyurur: “Rumlular və farslar”

Üçüncüsü:
Bu əməl birbaşa kafirləri təqlid etmək sayılır. Allah Rəsulu (sallAllahu aleyhi və səlləm) buyurub:

“Kim özünü hər hansı bir qövmə oxşadarsa, həmin şəxs də onlardan sayılar.”

Dördüncüsü:
Bu əməl insanların uydurduğu bidətlərdəndir. Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurur:

“Kim bizim əmrimiz olmayan bir işi görərsə, ondan rədd olunar!”

Beşincisi:
Bu əməl münkərdir və onunla əlaqədar olaraq edilən bütün əməllər münkərdir: Oğlanlarla qızların görüşməsi, öz aralarında mesajlaşmaları, ürək şəklinin göndərilməsi və s. bütün bunlar kimə təqliddir? Əlbəttə ki, Qərb dövlətlərinə təqliddir. Onlara bənzəməyimiz isə, bizə qadağan olunub.

Altıncısı:
Hətta kafirlərin aqil olanları bu bayramı qadağan etmişlər. Eşitdiyimə görə xristian, azmış Vatikan belə, bu əməli şiddətli şəkildə qadağan etmişdir.

Sonuncu isə, odur ki, bu bayram, “sevgi” adlandırılan şey və ona verilən yaramaz mənalar haqda olan çox böyük xurafat üzərində qurulmuşdur. Onlarda “sevgi” zina və ona aparan əməllərdən ibarətdir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir