Oxunma sayı: 193

Sual #272 : Şeyx Fovzan – Qəbiri təvaf etmək böyük şirkdir yoxsa bidət?


Sual:
Qəbirlər ətrafında təvaf etmək bidətdir yoxsa böyük şirk?

Tarix: 2018-01-14

Cavab #272 : Şeyx Fovzan – Qəbiri təvaf etmək böyük şirkdir yoxsa bidət?


Şeyx Saleh əl–Fovzan:

Qəbirləri təvaf etmək məsələsi təfsilatlıdır. Əgər təvaf etməklə ölənə yaxınlaşmaq istəyirsə bu, dindən çıxaran böyük şirkdir. Çünki bu halda ibadət Allahdan başqası üçün edilir. Qəbirə təvaf edən adam təvafın ibadət olaraq Allaha aid olduğunu və qəbirə təvaf etməyin icazəli olduğunu etiqad edirsə, bu bidətdir. Qəbir bidətidir. Çünki Allah buna görə insana savab vermir. Yalnız Kəbəni təvaf etməyə görə savab verilir. Bundan başqa yer üzündə heç nəyi: Nə qəbiri, nə də başqasını təvaf etməyə görə savab verilmir. Yer üzündə yalnız bir yeri – Kəbəni təvaf etmək icazəlidir. Kim Kəbədən qeyri bir yeri təvaf etməyi icazəli görərsə və bu ibadətin Allah üçün olduğunu söyləyərsə, o bidət etmişdir və etdiyi rədd olunar. Çünki Peyğəmbər (sallAllahu aleyhi və səlləm) demişdir:

“Kim bizim əmrimiz olmayan bir işi görərsə, etdiyi rədd olunar!”

Bu bidətdir və şirkə aparan yollardandır. Allaha ibadət olaraq qəbirə təvaf etmək, Allaha ibadət olaraq qəbirin başına namaz qılmaq kimidir. Bu isə şirkə aparan amillərdəndir, vasitələrdəndir, münkər bidətdir. Əgər təvafla qəbir sahibinə yaxınlaşmaq istəyirsə, bu böyük şirkdir. Çünki bu Allahdan başqasına ibadət etməkdir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir