Oxunma sayı: 193

Sual #271 : Şeyx Fovzan – Səudiyyə Ərəbistanı kralının vəfatı (23 Yanvar 2015)


Tarix: 2018-01-14

Cavab #271 : Şeyx Fovzan – Səudiyyə Ərəbistanı kralının vəfatı (23 Yanvar 2015)


Şeyx Fovzan:

Dünyanın hər yerindəki müsəlmanlara böyük müsibət üz verib. Bu da, imamımız, əmr sahibimiz, Məkkə və Mədinə Haramının xidmətçisinin (Abdullah ibn Abdul–Aziz əl–Səud) vəfatıdır. Allah onu Öz geniş rəhmətinə qovuşdursun və onu Öz geniş Cənnətlərində məskunlaşdırsın. Allahdan diləyirəm ki, ondan sonra gələn qardaşlarının və ailə üzvlərinin də əcrlərini versin, müsibətlərini aradan qaldırsın! Ondan sonra gələn xələflərini xeyirli etsin. Necə ki, ata və babalarının sələfləri xeyirli olmuşlar.

Şair nə gözəl demişdir:

Hər dəfə bizdən bir ağa öldükdə, Onun yerinə başqa ağa gəlir. Hörmətlilərin, böyüklərin sözlərinə. Hər bir zaman mütləq əməl edilir.

Həqiqətən, bunlar gözəl ailədirlər. Babaları imam Muhəmməd ibn Səud (rahiməhullah) imam Muhəmməd ibn Abdul–Vahhaba (rahiməhullah) beyət etdikdən sonra onlar bu dini daşımışlar. Və bundan sonra da, həmişə bu mübarək dəvət öz yolunda və islah etməyində davamlı olmuşdur.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir