Oxunma sayı: 181

Sual #268 : Şeyx Fovzan – Peyğəmbərin təhqir edildiyi bu günlərdə, ümmətə mühüm nəsihət


Sual verən:

Son zamanlar yayılmış peyğəmbəri (sallAllahu aleyhi və səlləm) təhqir edən film haqqında elm tələbələrinə və digər müsəlmanlara nə nəsihət edirsiz?

Tarix: 2018-01-14

Cavab #268 : Şeyx Fovzan – Peyğəmbərin təhqir edildiyi bu günlərdə, ümmətə mühüm nəsihət


Şeyx Saleh əl-Fovzan:

Nəsihətimiz odur ki, buna qarşı təmkinli olsunlar və beləcə bu yolda həddi aşmasınlar. Nümayişlər, təqsiri olmayanlara zərər vurmaq, malların tələf olunması icazəli deyil. Onlara (kafirlərə) rədd verməyə gəldikdə isə, bunu avamlar deyil, alimlər etməlidirlər. Onlar (kafirlər) bizim aramızda çaxnaşma yaratmaq və bizə təsir etmək istəyirlər. İstəyirlər ki, müsəlmanların öz aralarında ixtişaş yaransın. Belə ixtişaşlarda əsayiş keçikçiləri ilə camaat arasında toqquşmalar, yaralanmaq, ölüm və s. halları baş verir. Onlar da elə bunu istəyirlər.

Sakit və təmkinli olun. Onlara (kafirlərə) cavab vemək isə bəsirət əhli olan alimlərin işidir. Ola bilər (alimlər) cavab versinlər, ola da bilər ki, susub cavab verməsinlər. Müşriklər peyğəmbərə (sallAllahu aleyhi və səlləm) sehirbaz, kahin, yalançı və s. deyirdilər. Lakin Uca Allah ona səbrli olmağı əmr edirdi. Və beləcə onlar Məkkədə nümayiş keçirmədilər, müşriklərin evlərini dağıtmadılar, heç kimi öldürmədilər.

Səbrli və təmkinli olmaq lazımdır ki, Uca Allah bununla da müsəlmanlara bir çıxış yolu göstərsin. Ələlxüsus da, müsəlman ölkələrində baş verən bu fitnəli və şərli günlərdə, təmkinli olmaq lazımdır. Bu hadisələrə qarşı səbrli olub, tələsməmək lazımdır. Bu işlərə avamların cavab verməsi məsləhət deyil, onlar cahil olduqlarından nə etdiklərini bilmirlər. Bununla ancaq bəsirət əhli olan alimlər məşğul olur.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir