Oxunma sayı: 196

Sual #267 : Şeyx Ubeyd əl-Cabiri – Fransadakı hadisə ilə bağlı bəyanat


Sual:

Hörmətli şeyximiz, Allah sizi qorusun!

Bildiyiniz kimi həftənin üçüncü günü günortaya yaxın, Parisin mərkəzində yerləşən mətbəə evində səkkizi jurnalist, ikisi də polis olmaqla, on nəfər şəxs öldürülüb. Bu cinayəti törədənlər belə güman edirlər ki, Peyğəmbərin (sallAllahu aleyhi va səlləm) intiqamını alıblar. Hal-hazırda isə barmaqlar müsəlmanlara işarə edir. (Yəni, cinayətkarların müsəlmanlar olduğunu iddia edirlər) Axşam saatlarında bəzi məscidlərə odlu silahdan atəş açılıb, bəzilərinə isə qumbara atılıb.

Sual bundan ibarətdir ki, bir sələfinin bu cür terror əməlinə mövqeyi necə olmalıdır? Fransada olan müsəlmanlara və xüsusi ilə də, sələfi dəvətçilərinə və xatiblərinə nəsihətiniz nə olardı?

Tarix: 2018-01-14

Cavab #267 : Şeyx Ubeyd əl-Cabiri – Fransadakı hadisə ilə bağlı bəyanat


Şeyx Ubeyd əl-Cəbiri:

Allahın adı ilə. Həmd Allaha məxsusdur. Peyğəmbərə, ailəsinə və səhabələrinə Allahın salat və salamı olsun.

Əvvəla bu əməl əhli-sünnənin əməllərindən deyildir. Əslində İslama nisbət olsalar belə, xəvariclərdən olan fitnəkarların və onların yolu ilə gedənlərin əməllərindəndir.

İkincisi, Fransada, Avropada və Amerikada kafirlərdən olan qonşularınıza deyin ki, bu əməli dəstəkləyən və ona təşfiq edən bir nəfər də olsun əhli–sünnə alimi tapa bilməzsiniz. Əksinə əhli sünnə alimləri, elm tələbələri və avamları bu anarxiyanı inkar edirlər. Kim ki, bu cür əməlləri icra edirsə, ya xavaricdir, yaxud da sünnəni bilməyən və əhli sünnənin kafirlərdən olan qonşuları ilə necə rəftar etdiyini bilməyən bir cahildir.

Əhli-sünnə qonşulara yaxşılıq edir, aralarında olan əhdi qoruyur və belə vəhşi əməlləri etmir. Son olaraq istər xatiblərdən olsun, istər müəllimlərdən, istərsə də dəvətçilərdən olan müsəlmanlara nəsihət edirəm ki, bu cür vəhşi əməllərdən uzaq olduqlarını, əmin-amanlığa çalışdıqlarını çatdıra bildikləri hamıya bildirsinlər.

Allah hamını razı qaldığı əməllərə müvəffəq etsin. Peyğəmbərə, ailəsinə və səhabələrinə Allahın salat və salamı olsun.

Bəyanatı verdi:
Beynəlxalq İslam Universitetinin keçmiş müəllimi Ubeyd ibn Abdullah ibn Süleyman əl-Cəbiri.

Hicri ilə ayın 18.03.1435, miladı ilə 09.01.2015 tarixində cümə günün səhərisi.

Sual verən:
Allah sizi bərəkətləndirsin, sizə yaxşılıq etsin və sizi xeyirlə mükafatlandırsın.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir