Oxunma sayı: 221

Sual #265 : Şeyx Ubeyd əl-Cabiri – Fransada karikaturaçıların öldürülməsi haqda


Sual:

Bir neçə gün bundan əvvəl Allah rəsuluna (sallAllahu aleyhi və səlləm) qarşı təhqiramiz davranan bir neçə rəssam, Parisdə yerləşən “Şarl Ebdu” jurnalında işləyən bir neçə jurnalist və ikisi kişi, biri qadın olmaqla polislər qətlə yetiriliblər. Hələlik indiyə qədər bu cinayəti törədənlər tapılmayıblar.

Lakin həmin şəxslərin təkbir gətirərək və guya Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) intiqamını aldıqlarını dedikləri videolar üzə çıxmışdır. Ona görə də ində hamının gözü İslama və bütün müsəlmanlara, xüsusən də Fransada yaşayan müsəlmanlara dikilib.

Artıq bəzi məcdidlərə atəş açılıb, qumbaralar atılıb. Allah sizi qorusun, sual belədir:

Belə terror əməllərinə qarşı sələfilərin mövqeyi necə olmalıdır? Həmçinin Fransadakı müsəlmanlara, xüsusən də sələfi dəvətçilərə nəsihətiniz nədir?

Allah sizi xeyirlə mükafatlandırsın.

Tarix: 2018-01-14

Cavab #265 : Şeyx Ubeyd əl-Cabiri – Fransada karikaturaçıların öldürülməsi haqda


Şeyx Ubeyd əl-Cabiri:

Əvvəlcə demək istəyirəm ki, qəlbində bidət ləkəsi olmayan, hər bir əhli-sünnə alim, güclü və ya başqa elm tələbəsi, yaxud da alimlərlə və onların tələbələri ilə oturub duran siravi müsəlmanlar belə, o jurnala və başqasına qarşı olan bu cür əməliyyatları pisləyirlər.

Belə əməliyyatlar necə də çoxdur.

İkincisi, həmin ölkələrdə müsəlmanlarla yanaşı yaşayan savadlı yəhudilər, nəsranilər və başqaları bunu anlayırlar və bilirlər. Hətta Avropanın, Amerikanın və başqa ölkələrin böyük vəzifəli şəxsləri əhli-sünnə vəl camaata arxayındırlar, sələfilərə güvənirlər.

Üçüncüsü, qeyd etdiklərimdən aydın oldu ki, belə əməliyyatları əhli-sünnəyə nisbət etmək olmaz, əksinə bunlar xəvaric, ara qarışdıran, səs-küy salan, anarxiya yaradanların əməlləridir.

Ola bilsin ki, bu anarxiya yaradanlar rafizilərdən, ya da gizli olaraq müsəlmanların arasına girmiş kafirlərdən, rafizilərdən, xəvariclərdən, ara qarışdıranlardan, yaxud da ixvanul-muslimin camaatından olsunlar.

Bu camaat son dövrlərdə ortaya çıxmış, özləri azmış, digərlərini də azdıran bir camaatdır. Bu cür əməliyyatların Fransada, Avropa və Amerika ölkələrində yaşayan müsəlmanlara, xüsusən də əhli-sünnəyə pislik niyyəti ilə edilməsi istisna deyil.

Məqsədləri xüsusilə əhli-sünnəyə qarşı narazıçılıq yaratmaqdır.

Sonda demək istəyirəm ki, harada olmalarından asılı olmayaraq, xüsusən də Fransada, Amerikada, Avropada və Afrikanın qeyri-müsəlman ölkələrindəki sələfilərə, məscid imamlarına, müəllimlərə, mühazirəçilərə, müsəlman jurnalistlərə nəsihət edirəm ki, bir məqsəd üzərində birləşsinlər, həmin məqsəd isə, bu və digər əməliyyatlardan uzaq olduqlarını hamıya yaymaq olsun.

Əhli-sünnə olanlar vədi qoruyurlar, vəfalı davranırlar, vədi yerinə yetirirlər, öz ətrafındakıların haqlarını qoruyurlar, qonşunun hörmətini saxlayırlar, onun nə irzinə, nə malına, nə də nəfsinə pislik etməzlər.

Əhli-sünnə Avropada, Amerikada və başqa qeyri-müsəlman dövlətlərində yaşayaraq etiqad edirlər, onlarla həmin yaşadıqları dövlətlər arasında əhd və söz var, onlar qətiyyən həmin əhdə xəyanət etməzlər.

Əvvəldə dediyim kimi, savadlı yəhudilər, nəsranilər və başqaları sələfilərə hörmətlə yanaşırlar, əhli-sünnəyə arxayındırlar və bilirlər ki, bu onların işi deyil.

Məscidlərdə partladılan qumbaralara gəlincə, bunun pislik etmək məqsədi ilə olmasını istisna etmirəm, əksinə, bunu əminliklə deyirəm. Ola bilsin ki, bu əməl siyasi ixvanul muslimin camaatının və yaxud savadsız, ara qarışdıran kafirlərin işidir.

Bu əməliyyatla əlaqədar nəsihətim və mövqeyim budur. Müvəffəq edən Allahdır.

 

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir