Oxunma sayı: 235

Sual #264 : Şeyx Useymin – Allahın nazil etdiyi şəriət ilə hökm etməyən rəhbərin hökmü


Sual:
Əgər bir hakim qəlbində Allahın endirdiyi ilə hökm etməyin vacib olduğunu etiqad edirsə, lakin Allahın nazil etdiyi (şəriət) ilə hökm etmirsə, onun hökmü nədir?

Tarix: 2018-01-14

Cavab #264 : Şeyx Useymin – Allahın nazil etdiyi şəriət ilə hökm etməyən rəhbərin hökmü


Şeyx Useymin:

Ey oğlum! Ey qardaşım! Bu asan bir məsələ deyil. (Bu məsələdə) ümumi hökm vermək mümkün deyil. Çünki (alimlərdən) kimsə bu məsələdə ümumi hökm verərsə, bəziləri bu hökmü səhv anlayacaq. Hakim hər hansısa bir məsələdə Allahın nazil etdiyi ilə hökm etməzsə, kimlərsə ona kafir deyir. Necə ki, günümüzdə bəziləri hakimləri təkfir edərək deyir: “0 Allahın nazil etdiyi ilə hökm etmir!”

Əslində isə, bunlar bu məsələni dərk etməyiblər. Ona görə də, hesab edirəm ki, bu məsələyə aid olan bütün qapıları bağlamaq lazımdır. Bu məsələyə aid olan bütün qapıları bağlamaq lazımdır, çünki bəzi kəslər fətva verən alimi düzgün başa düşmür və bu fətvanı öz ölkələrində hakimə qarşı çıxmaq üçün əllərində bayraq edirlər. Bu çox böyük bir məsələdir. Alimlər bu məsələ ilə bağlı Maidə surəsindəki ayələr haqqında danışıblar. Alimlərin bu haqda olan sözlərinə müraciət et!

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir