Oxunma sayı: 220

Sual #263 : Şeyx Cibrin – Azərbaycan əhalisinin hökmü


Sual:

Fəzilətli şeyx Cibrin, birinci sualım budur ki, bizim ölkəmizdə, yəni Azərbaycanda insanlar Sovet hakimiyyəti dövründə yaşayıblar, onlar dindən yalnız iki şəhadət kəlməsini bilirlər, mənasını isə lazımı şəkildə anlamırlar.

Onlar Allahdan başqasından kömək istəməyin şirk olduğunu bilmirlər. Namazı tərk etməyin – namaz qılmayanı kafir hesab edən alimlərin rəyinə əsasən – küfr olduğunu anlamırlar. Onlar elə bilirlər ki, övliyalardan kömək istəmək şəriətin əmridir. Hesab edirlər ki, namaz müstəhəbdir, vacib deyil.

Biz bu kimi insanları etdiklərinin küfr olmasını onlara çatdırmadan öncə təkfir edə bilərikmi? Yoxsa ilk öncə onlara hüccət çatdıraq, öyrədək sonra?

Tarix: 2018-01-14

Cavab #263 : Şeyx Cibrin – Azərbaycan əhalisinin hökmü


Şeyx Cibrin:

Şübhə yoxdur ki, bu insanlar cəhalət üzərində böyüyüblər. Belə ki, onlar uzun müddət Sovet əsarəti altında qalmışlar və cahillikdə böyümüşlər. Onlar ata-babalarının şəhadəti dediyin eşidib, namaz eşidib, amma həqiqətini bilməyiblər. Çünki onları əsarətdə saxlayan dövlət İslam adını, dini onların qəlbindən yox etmək üçün çalışırdı. Lakin Allahın köməkliyi ilə onlar bu kafir dövlətin əsarətindən xilas oldular. İndi siz onları dəvət edib başa salmalısınız ki, ibadət Allah məxsusdur, onlara Quranı oxudun, Quranın dəlalət etdiyini onlara açıqlayın, duanın Allaha edilməsini və başqasına dua etməyin qadağanlığını əmr edən ayələri izah edin.

“Biz yalnız Sənə ibadət edir və yalnız səndən imdad diləyirik” (Fatihə: 5) ayəsi kimi. Yəni, yalnız sənə ibadət edir, Səndən başqasından kömək istəmirik. Bu ayəni hətta onların uşaqları da oxuyurlar.

Həmçinin Uca Allahın bu ayəsi də: “Sən də dini məhz Allaha aid edərək yalnız Ona ibadət et!” (Zumər: 2).

Başqa ayədə deyilir: “Halbuki onlara əmr edilmişdir ki, Allaha – dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama dönərək) – ibadət etsinlər…” (Bəyyinə: 5).

Onlara açıqlayın ki, ibadət Allaha məxsus haqqdır, ibadət olunacaq yalnız Allahdır. Ondan başqasının ibadət edilməsi qadağandır.

Bunun dəlilini də onlara açıqlayın. Dəlili Uca Allahın bu ayəsidir: “Şübhəsiz ki, (bütün) məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsə ibadət etməyin” (Cinn: 18).

Nə bir yaxın mələyə, nə göndərilmiş peyğəmbərə ibadət etmək olmaz. Övliyalar da məxluqdur. Onlar sizə heç bir ziyan, yaxud xeyir verə bilməzlər.

Uca Allah məxluqatın ən xeyirlisi peyğəmbərimiz Muhəmmədə (sallAllahu aleyhi və səlləm) demişdir:

“De: “Mən sizə nə bir zərər, nə də bir xeyir vermək qüdrətinə malik deyiləm!” (Cinn: 21)

“De: “Məni Allahdan (Allahın əzabından) heç kəs qurtada bilməz və mən də Ondan başqa heç bir sığınacaq tapa bilmərəm!” (Cinn: 22)

Həmçinin Uca Allah buyurur:

“De: “Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim və mənə pislik də toxunmazdı…” (Əraf: 188).

Hər halda siz onlara tövhidi açıqlayın, namazı bildirin, əgər qəbul etsələr və şirki, övliyaları, dua edib əməli salehlərdən kömək istəməyi, yaxud dua edib Allahla yanaşı və ya sırf ölülərdən imdad diləməyi tərk etsələr, Allah onların etdiklərini qəbul edər və müsəlman olarlar.

Əgər hüccətdən sonra da inad etsələr, təkəbbür göstərsələr, ölülərdən dua edib istəməyə, təvəkkül etməyə, qəbirləri önündə səcdə etməyə davam etsələr, “ey Allah vəlisi, mənə kömək ol!”, “ey Allah vəlisi, mənə ruzi ver!”, belələrinə hüccət çatdıqdan sonra onlarla savaşın.

Etiqad edin ki, onlar kafirdirlər və ölənləri də kafirdir. Hüccət çatdırmadan öncə onları təkfir etmək olmaz. Çünki onlar müsəlman olduqlarını iddia edirlər. Şəhadət kəlməsini deyirlər. Hətta mənasını bilməsələr də. Siz onlara şəhadətin mənasını açıqlayın ki, mənasını bilsinlər və qəbul etsinlər.

Sual:

Biz hüccət çatdırdıqdan sonra hər kəs onları təkfir edə bilər, yoxsa bunu alim, qazi və ya rəhbər etməlidir?

Şeyx Cibrin:

Təkfir edən mütləq olaraq alim, qazi və bu kimi adamlar olmalıdırlar. Çünki yalnız o deyə bilər ki, filankəsə hüccət çatıb, üzrü qalmayıb, haqq ona bəyan edilib, lakin o dini və tövhidi qəbul etməkdə inadkarlıq göstərib, şirkdə davam edib.

Belə halda (yəni, hökm verən alim, qazi deyir ki) mən onun qanının halal olduğuna hökm verirəm, öldürün, əgər o halda öldürülsə kafir kimi ölür, yuyulmaz, kəfənlənməz, cənazə namazı qılınmaz, çünki o inadkarlıq etmiş və şirkində davam etmiş, Allaha şərik qoşmuşdur.

Amma bundan əvvəl isə siz ümumi olaraq deyin ki, “Kim belə etsə o kafirdir”. Yəni, müəyyən insana hökm vermədən (ümumi) deyin.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir