Oxunma sayı: 212

Sual #262 : Şeyx Useymin – Tövhiddə cahillik üzrdür!


Tarix: 2018-01-14

Cavab #262 : Şeyx Useymin – Tövhiddə cahillik üzrdür!


Rəhimli və Mərhəmətli Allahın adı ilə.

Allahın salamı və salavatı olsun Peyğəmbərimiz Muhəmməd və Onun ailəsinə və Səhabələrinə.

Görürəm ki, cahilliyə görə təkfir etmək məsələsi hələ də sizə qaranlıq qalmaqdadır. Lakin mən təəccüb edirəm ki, bu məsələ sizə necə qaranlıq qalır? İslamın digər ərkan və vaciblərindən nə ilə fərqlənir ki, bu sizə qaranlıq qalır?!

Bir halda ki, bir insan namazı tərk etdiyinə görə üzrlü hesab olunursa, halbuki namaz İslamın rükunlarından biri sayılır.

Misal olaraq şəhərlərdən, elmdən uzaq yerdə yaşayanı qeyd etmək olar. Belə insan namazın vacibliyini bilmirsə, o halda üzrlü sayılır, ona vacib olmur və qəza etməsi hesab edilmir.

Əgər şirk barədə cahilliyə görə insan üzrlü sayılmasaydı, Peyğəmbərlər öz qövmlərini dəvət etməyə nə üçün göndərilirdi?! Əgər onlar cahilliklə üzrlü sayılmsaydılar, demək ki, onlar haqqı bilirdilər. Elə isə peyğəmbərlər niyə göndərilirdi?

Hər peyğəmbər öz qövmünə “Allaha ibadət edin, sizin Ondan başqa ilahınız yoxdur!” deyirdi.

“Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona: “Məndən başqa heç bir ilah yoxdur. Buna görə də yalnız mənə ibadət edin!” –  deyə vəhy etməyək.” (əl-Ənbiya: 25)

Əgər bir insan İslama nisbət olunur və sonradan küfr və ya şirk edirsə, etdiyinin şirk olduğunu bilmirsə, heç ona bu haqda xəbərdarlıq da edilməyibsə, biz ona necə deyə bilərik?

Məgər biz bu barədə Allahdan daha çox bilirik?! Məgər biz Allahın bəndələrinə olan mərhəmətinə mane ola bilərik?! Məgər deyə bilərikmi ki, bu məsələdə Allahın qəzəbi mərhəmətini üstələmişdir?!

Qardaşlarım, bu məsələ əqli məsələ deyil, küfr, fasiqlik, bidətçi hökmləri şəriət hökmləridir və bunlar yalnız şəriətdən götürülür.

Uca Allah buyurur:

“Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onun istədiyi (özünün yönəldiyi) yola yönəldərik…” (Nisa: 115)

“Allah bir tayfanı doğru yola yönəltdikdən sonra qorxub çəkinməli olduqları şeyləri özlərinə bildirmədən onları (haqq yolundan) sapdırmaz!…” (Tövbə: 115)

“…Biz, peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik! (İsra: 15)

Göndərirdi ki, açıqlasın, tövhidə dəvət etsin. Əzab verilmirsə üzr elə budur! Bu haqda ayələr çoxdur.

Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) deyir:

“Nəfsim əlində olana and olsun ki, bu ümmətdən istər yəhudi, istərsə xaçpərəst olsun – mənim haqqımda eşidər, sonra mənim gətirdiyimə iman gətirməzsə mütləq cəhənnəm əhlindən olar.”

Burada “mənim haqqımda eşidər” deyilir Əgər eşitməsə necə olacaq? Cəhənnəm əhlindən olmayacaq. Buna şahidlik edəcək sübutlar çoxdur.

Bəli, bəzi alimlər bunu (cahilliyin üzrlü olmadığını) deyiblər, amma bu zəif görüşdür. Alimlər bunun əksini deyirlər. Alimlər “insan küfrdə cahilliklə üzrlü sayılmır” sözünün əksini deyirlər.

Şeyxulİslamın sözlərində bu haqda çoxlu məlumat vardır ki, bu halda kafir olmur.

Şeyx Muhəmməd ibn ƏbdulVahhab da həmçinin deyir ki, cahil kafir olmur.

İndi isə mən sizə şeyxin bəzi sözlərini oxuyacağam. İTeymiyyənin isə bu haqda sözləri çoxdur. Siz “Əl-Fətava” kitabına baxa bilərsininz. Orada bu haqda çoxlu məlumat vardır. Allah nəzdindən hökm birdir.

Cahilliyindən dolayı namazı tərk edirsə üzrlüdürsə, cahilliyindən dolayı bütə səcdə edirsə, necə üzürlü sayılmır?! Nə fərqi var?!

O ki, qaldı bəzilərinin iddiasına “biz zərrə qədər olanda Allah bizdən əhd almışdır…”, bu hədisin səhih olduğunu fərz etsək də, biz insanlara belə bir misal məlum deyil.

Biz bilmədiyimiz bir işə necə mükəlləf ola bilərik? Əgər bu hüccət olsaydı, o zaman insanları Allaha ibadət etməyə çağırmaq üçün elçilərin göndərilməsinə ehtiyac olmazdı.

Çünki (elə çıxır ki,) bu halda əvvəlcədən hüccət çatdırılıb. Mən doğrudan da təəccüb edirəm ki, siz bu məsələni dərk etməmisiniz. Bu da elə bir məsələdir ki, başqa məslələrdən heç nə ilə fərqlənmir.

Kim desə ki, “əsas məsələləri tərk edən kafir olur, furu məsələləri tərk edən kafir olmur” – Şeyxulislam belələrinə (dediklərini sübut etmək üçün) iddia qaldırıb demişdir: Deyin görək, üsul nədir, furu nədir Dini üsul və furuya kim bölmüşdür?! Misal olaraq, onlar feli ibadət olduğu üçün namaz kimi böyük məsələni furu hesab edirlər. Halbuki namaz dinin ən böyük əsaslarından biridir. Əhli Sünnənin ixtilaf etdiyi bəzi xəbəri məsələləri isə üsul hesab edirlər, halbuki bu məsələlər ixtilaflıdır.

Önəmlisi budur ki, biz bu kimi məsələlərə ehtiyatla yanaşaq, xüsusən də təkfir məsələsinə. Allahın təkfir etmədiyi bir şeyə görə bəndələrini təkfir etməyək. Şeyxulİslam Muhəmməd ibn ƏbdulVahhabdan nəql etdiyim sitatları isə indi sizə oxuyacam.

Birinci:
Rahiməhullah, hər bir müsəlmana ünvanladığı yazısında deyir:
“Allah şükürlər olsun ki, mənim etiqadım, Allah qarşısında itaət etdiyim din əhli sünnə və camaat etiqadıdır…”

Sonra şeyx sözlərinə davam edərək cild 1, səh.51-də deyir:

“Mən yalnız Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dinini dərk edib bundan sonra onu söyəni, insanları ondan yayındıranı və bu dinə riayət edənləri düşmən görən kimsələri kafir sayıram…”

56-cı səhifədə isə iraqlı bir alimə məktubunda eyni sözləri yazır.

65-ci səhifədə isə bir sualın cavabında deyir:

“Biz yalnız alimlərin ittifaq etdikləri məsələlərə görə kiməsə kafir deyirik. Bu da şəhadət kəlməsidir. Həmçinin biz şəhadət barəsində kiməsə haqqı bəyan etdikdən sonra onu inkar edəni kafir sayırıq.”

Daha sonra 66-cı səhifədə deyir:

“Bizə qarşı atılan yalan və böhtanlara isə gəldikdə isə onlar deyirlər ki, guya biz ümumi şəkildə camaata kafir deyir, (digər ölkələrdə) yaşayıb dinini rahat şəkildə yaşayanların bizim torpaqlara hicrət (köç) etməsini vacib sayır, kiməsə kafir deməyəni kafir sayır, döyüşlərdə iştirak etməyənləri kafir sayırıq və s. Bu kimi məlumatlar yalandır, böhtandır. Bu söz-söhbətləri yayanlar bununla insanları Allahın və rəsulunun dinindən yayındırmaq istəyirlər.

Biz, cahilliyi və bixəbər olması ucbatından Əbdülqadirin, Əhməd əl-Bədəvinin və bu kimi qəbirlərin üzərində ucaldılan bütlərə ibadət edənlərə kafir demirik. Necə ola bilər ki, bizim torpaqlara hicrət (köç) etməyən, kiməsə kafir deməyən, döyüşlərdə iştirak etməyən, Allaha şərik qoşmayan insanlara kafir deyək?!”

Bu aydındırmı, görürsən şeyx deyir ki, “cahilliyi və bixəbər olması ucbatından Əbdülqadirin, Əhməd əl-Bədəvinin və bu kimi qəbirlərin üzərində ucaldılan bütlərə ibadət edənlərə… bizim torpaqlara hicrət (köç) etməyən, kiməsə kafir deməyən, döyüşlərdə iştirak etməyən, Allaha şərik qoşmayan insanlara kafir deyək?!”

Şeyxulİslam ibn Teymiyyənin bundan daha aydın və daha böyük sözləri vardır ki, (hökm vermədən öncə) hüccət mütləq çatdırılmalıdır.

Uca Allahın rəhməti qəzəbindən üstündür. Bilməyən insanı necə məsuliyyətlə yükləmək olar?!

Bir insan elə fikirləşir ki, bu övliyaya ibadət etmək Allaha yaxınlaşdırır, o müsəlmandır, özünü müsəlman hesab edir, özünü müsəlman saymayan, başqa dinə nisbət edənləri kənara qoyun, bu başqadır. Onların hökmü fətərat əhlinin hökmündədir.

Lakin bir insan İslamı dini qəbul edir, namaz qılır, şəhadəti deyir, oruc tutur, zəkat verir, həcc edir, eyni zamanda bütə ibadət edir və heç kəs də ona bu əməlinin şirk olmasını deməyibsə, bu cahilliyindən bunu edir.

Amma əgər bir insan İslama daxil olmayıb, başqa dinə etiqad edirsə heç şübhəsiz ki, o kafirdir.

Yaxud İslama daxil olmayıb dədə-babasının dinindədir, İslamdan heç nə bilmir, özünü İslama nisbət etmir, başı dünyaya qarışıb, daha doğru rəyə görə beləsi fətərat əhlinin hökmündədir. O Qiyamət günü Allahın istəyi ilə imtahan olunacaq, daha sonra hara gedəcəyi bəlli olacaqdır.

Bu məsələ haqqında çatdırmaq istədiyim bunlar idi. Məsələnin əsasını hüccətin çatması təşkil edir.

«…daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın”. (Nisa 165)

Əgər Peyğəmbərin çatdırdığı haqqı bilmirəmsə nə faydası var?! Belə halda peyğəmbər gəlməmiş insanla mənim halım eynidir.

Bu məsələnin əsasında qardaşın sualının cavabı verilmiş olur.

Sual: Əgər bir kimsə yaşadığı toplumda öz “alimləri” tərəfindən aldadılırsa halı nədir?!

Şeyx: Əgər onlar haqq dəvətçisini eşidirlərsə üzrlü hesab olunmurlar. Belələri səhlənkarlıq edirlər. Biz onların küfr edib etmədiklərinə hökm verə bilmərik.

Amma deyə bilərik ki, onların bu səhlənkarlıqları asilikdir. Onlara vacib olan budur ki, etibar etmədikləri insanlar, çünki onlar bu dəvətçilərə inanmır, öz alimlərinə inanırlar – onlara bu şirkdir deyəndə, gərək onlar haqqı axtarmalıydılar.

Onlar axtarmadıqlarına görə günah daşıyırlar. Onlar cəhalət anlamındakı hökmdədirlər. Yəni, onlar müsəlman sayılırlar. Ola bilər ki, belə deyilsin: Onlar səhlənkarlıq etdikdə üzrlü hesab olunmurlar. Çünki haqqı axtarmaq onlara vacibdir.

Zənnimcə Şeyxulİslam rahimahullah deyir ki, onlar haqqı axtarmaqda səhlənkarlıq edirlər, amma onlara kafir hökmü verilmir. Mən bunu zənn edirəm ki, belə deyib. İbn Teymiyyənin bu sözünü dəqiqləşdirmədən nəql etməyin.

(Diqqət: Şeyx burada çox güman Fətava 7 / 242-yə işarə edir. İbn Bəzin təliqi ilə.)

Sual: Şeyx tövhid elmini öyrənmək vacib deyilmi?

Şeyx: Əlbəttə ki, vacibdir. Lakin şirk edən bu insanlar etdiklərinin tövhidə zidd olduğunu bilmirlər, əksinə onlara deyilir ki, bu (şirk) elə tövhiddir, sizə fayda verən budur.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir