Oxunma sayı: 192

Sual #260 : Şeyx Salih Ali Şeyx – Allahın hökmündən başqası ilə hökm etmək


Tarix: 2018-01-14

Cavab #260 : Şeyx Salih Ali Şeyx – Allahın hökmündən başqası ilə hökm etmək


Şeyx Salih Ali Şeyx:

Təkfir fikrinə aparan məsələlərdən biri də “Allahın hökmündən başqası ilə hökm etmək” məsələsinə müdaxilə etməkdir. Alimlərin əqidə, hədis, fiqh və təfsir kitablarında “Allahın hökmündən başqası ilə hökm etmək” məsələsi barədə məlum açıqlamaları vardır.

Qədimdə İbn Abbas (Allah ondan razı olsun) bu haqda danışmış, o cümlədən də İslam alimləri bu haqda danışmışlar. Lakin indi görürsən ki, bəzi cavanlar on beş, on yeddi, iyirmi, iyirmi beş yaşlı gənclər fiqhi əhkamları, əqidə əhkamlarını bilmirlər amma görürsən ki, “Allahın hökmündən başqası ilə hökm etmək” məsələsində mübahisə edirlər. Bu məsələ təkfir məsələlərini dirçəltmək üçün bəzi camaat və toplumlar tərəfindən hədəf seçilmişdir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir