Oxunma sayı: 232

Sual #259 : Şeyx Abdul-Aziz Ali Şeyx – “Tağutu inkar etməsən iman gətirmiş olmazsan” fikri doğrudurmu?


Sual:

Allah sizin savabınızı artırsın möhtərəm şeyx!

Hal–hazırda bəziləri: “Kimisə kafir hesab etməyincə insanın imanı tamamlanmaz. Çünki din, Allaha iman gətirmək və tağutu inkar etmək prinsipi üzərində qurulub və küfr əhlini tanıtmaq da tağutu inkar etmək hesab olunur.” – fikrini söyləyir. Bu doğrudurmu?

Tarix: 2018-01-14

Cavab #259 : Şeyx Abdul-Aziz Ali Şeyx – “Tağutu inkar etməsən iman gətirmiş olmazsan” fikri doğrudurmu?


Şeyx Abdul-Aziz Ali Şeyx:

Ey qardaşım! Allah Öz Elçisini (sallAllahu aleyhi və səlləm) göndərdiyi zaman o, insanlara: “Bu küfrdür”– deyə xitab etmədi. Peyğəmbər onları imana və ona riayətə dəvət edirdi.

Məlumdur ki, imana, İslama riayətə, şəriəti qəbul etməyə və ona uyğun əməllərə çağırış əsas məğzdir. Həqiqətdə insanları imana və İslama dəvət etmək onları İslama riayət etməyə çağırmaqdır. Peyğəmbər (sallAllahu aleyhi və səlləm) ərəblərə deyərdi:

“Mən sizə elə bir söz öyrədərəm ki, əgər onu söyləsəniz ərəblərin üzərində hökmranlıq edərsiniz, onlardan qeyri xalqlar isə, sizə cizyə vergisi ödəyərlər.”

Onlar: O hansı sözdür? deyə soruşduqda o, buyurardı: Deyin: “Lə ilahə illəllah”.

Ərəblər ondan üz döndərərak deyirdilər:
“O, bütün məbudları bir məbudmu etdi? Həqiqətən, bu, əcaib bir şeydir” (Sad surəsi, 5).

Peyğəmbər (sallAllahu aleyhi və səlləm) onları imana dəvət edirdi və bu dəvət əsnasında bəyan edirdi ki, kim imana müxalif olarsa ondan kənar sayılar. Buna görə də küfrə dəvəti əsas hesab etmək yolverilməzdir. İzzət və cəlal sahibi Allah buyurur:

“Hər kəs Tağutu inkar edib Allaha iman gətirsə… (Bəqərə surəsi, 256)

Məlumdur ki, Allaha iman gətirib İslam ərkanlarına riayət edən şəxs mütləq şəkildə tağutu inkar edəcəkdir.

Ona görə də İzzət və cəlal sahibi Allah Öz Peyğəmbərinə buyurur:

“Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər” (Ənam surəsi, 108)

Buna səbəb onların Peyğəmbərə: “Bizim ilahlarımızı söymə ki, biz də sənin ilahını söyməyək” – sözləri olmuşdur. Allah, aləmlərin Rəbbinin söyülməsindən ehtiyat edərək Peyğəmbərə (sallAllahu aleyhi və səlləm) ilahları söyməyi qadağan etdi.

Deməli, dəvət İslam dininə olmalıdır. Ona görə də Allah peyğəmbərlər haqda buyurmuşdur:

“Biz Nuhu öz tayfasına göndərdik. O dedi: Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir ilahınız yoxdur..” (Əraf surəsi, 59)

“Ad tayfasına da qardaşları Hudu göndərdik. O dedi: Ey camaatım! Allaha ibadət edin. Sizin ondan başqa heç bir ilahınız yoxdur…” (Əraf surəsi, 65)

“Səmud tayfasına da qardaşları Salehi göndərdik. O dedi: Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir ilahınız yoxdur…” (Əraf surəsi, 73)

“Mədyən tayfasına da qardaşları Şüeybi göndərdik. (Şüeyb) onlara belə dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir ilahınız yoxdur…”. (Əraf surəsi, 85)

Dəvət imana və ona riayət etməyə olmalıdır. Əsas odur ki, sən imana riayət etməyəni imana dəvət edəsən. Həmin dəvətin tərkibində, imana müxalif olan kəs mömin sayılmaz məsələsi də vardır. Əgər o, mömin deyilsə, yalnız bundan sonra digər hökmlərə baxılmalıdır.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir