Oxunma sayı: 206

Sual #258 : Şeyx Cibrin – Azərbaycanlı dəvətçilərə nəsihət


Sual:

Şeyx, Azərbaycandakı dəvətçilərə və digər qardaşlara nə tövsiyəniz var?

Tarix: 2018-01-14

Cavab #258 : Şeyx Cibrin – Azərbaycanlı dəvətçilərə nəsihət


Şeyx Cibrin:

Tövsiyəmiz budur ki, sünnəni yaşatmağa, ona əməl etməyə çalışsınlar. Öz aralarında xoş davransınlar. Tövsiyəm budur ki, bir camaat olsunlar. Parçalanmasınlar. Batil dəvətçilərinə uymasınlar. İstər rafizi, istərsə sufilərə, istərsə də qəbirlərə ibadət edənlərə və başqalarının dəvətinə uymasınlar. Dəvətləri Qurana əməl etmək olsun. Quran Allah kəlamıdır. Həmçinin sünnəyə də əməl etsinlər. Buxari və Muslimi öyrənsinlər və oradakı səhih hədislərə etibar etsinlər. Həmçinin Allahın Quranda göstərdiyi tövhid əhdinə bağlansınlar. Allahın və peyğəmbərinin (sallAllahu aleyhi və səlləm) sözünə etimad etsinlər. Bu əsaslarda parçalanma olmaz. Əgər kimlərsə sizə “vəhabi” deyirsə onlara deyin ki, biz İslama müxalif olan dindən Allaha sığınırıq. Biz Qurana bağlıyıq. Biz Qurana bağlı olduqdan sonra nə istəyirsiniz adlandırın. Deyirsiniz ki “vəhabiyik”? Günahımız nədir? Quran və sünnəyə bağlıyıq, onlara əməl edirik ona görə günahkarıq?! Heç kəs buna görə rədd cavabı verə bilməmişdir. Şeyx Muhəmməd ibn Əbdül–Vahhabın Tövhid kitabına heç kəs rədd yaza bilməmişdir. Əksinə onu oxuyan hər kəs orada olanları təsdiq edir. Ona görə də biz doğru yolda bir olmalıyıq, çalışmalıyıq ki, aramızda ixtilaf və təfriqə olmasın. Belə olsa Allah öz dinini izhar edər, kəlməsini ucaldar.
Allahım İslamı və müsəlmanları izzətləndir. Şirki və müşrikləri zəlil et. Öz düşmənlərini, din düşmənlərini məhv et. Allahım bizi öz vətənimizdə əmin-aman et, üzərimizdə xeyirlilərimizi hakim et, ey Aləmlərin Rəbbi.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir