Oxunma sayı: 184

Sual #257 : Şeyx Salih Ali Şeyx – Gənclərin xəvaric olma səbəbi nədir?


Sual:

Cənab şeyx, hələ siz İslam işləri nazirinin müavini olarkən ər-Riyad hadisələrindən sonra həmin şəhərdə “Təkfir və Mötədillik” haqqında keçirdiyiniz təlim kursları bu deyilənlərin mənasını açıqlayırmı?

Tarix: 2018-01-14

Cavab #257 : Şeyx Salih Ali Şeyx – Gənclərin xəvaric olma səbəbi nədir?


Şeyx Salih Ali Şeyx:

Bəli, bu tamamilə doğrudur. Çünki təkfir məsələsi daim yenilənən məsələdir. Bu ümumi olaraq xəvariclərin fikri ilə bağlıdır.

Peyğəmbər (sallAllahu aleyhi və səlləm) xəvariclər barəsində danışmış və demişdir:

«Onlar daim çıxacaqlar. Hətta, sonuncuları dəccal ilə birgə vuruşacaqlar».

Xəvariclərin çıxması heç də birinci əsrlərə xas deyil. Onlar daim çıxacaqlar, lakin yeni libasda. Onları bir-birinə oxşadan ifrata varmalarıdır. Onlar müxtəlif yönlərdə ifrata varır, bunlardan biri də təkfir məsələsidir. Onların gəncləri və ya bu yolu gedib əməlinin düzgün olmasında özlərini qənaətləndirdikləri səbəb təkfır məsələləridir. Demək belə insan bir işə meyil göstərib özünə bu işdə bəraət axtarır. Onların meyil etdikləri bu fikirə səbəb, İslam cəmiyyətlərinin hazırki durumu, yaxud qeyri– müsəlmanların müsəlmanlara mənən və ya işğal yolu ilə torpaqlarına hakim olması, yaxud cəmiyyətdə münkər işlərin çoxalması, cihadın bəzi növlərinin mövcud olmaması kimi hallardan nəticələnən psixi təsirlərdir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir