Oxunma sayı: 189

Sual #255 : Şeyx Fovzan – Kafirlərin köməyindən istifadə etmək olarmı?


Sual:

Bu gün bəzi elm tələbələri deyirlər ki, müşriklərin köməyindən istifadə etmək onlarla dost olmaq sayılır və bu küfrdür. Çünki kafirin köməyindən istifadə etmək küfr sayılır.

Bu məsələ ictihad məsələlərindən sayılırmı? Ya da bu elə bir məsələdir ki, dostluq və düşmənçilik (vəla vəl bəra) onun üzərində qurulur? Zəhmət olmasa izah edin!

Tarix: 2018-01-14

Cavab #255 : Şeyx Fovzan – Kafirlərin köməyindən istifadə etmək olarmı?


Şeyx Fovzan:

Bu söz cahilin sözüdür. O heç özü bilmir nə danışır. Ehtiyac və zərurət olanda onların köməyindən istifadə etmək, onlarla dost olmaq sayılmır. Bu, onlarla münasibət qurmaqdır. Necə ki, biz onlardan silah, mal, məhsul alırıq. Bu qarşılıqlı maraqlardır, dostluq deyil. Dostluq sevgidir. Biz onları sevməsək belə, onların köməyindən istifadə edirik. Bu zərurətə görədir. Həmçinin, onların burada öz maraqları var. Çünki onlar bunun müqabilində bizdən nəsə alırlar. Onlar bizə havayı kömək etmirlər. Onlar bunun müqabilində bizdən nəsə alırlar. Və bu, qardaşım, əməkdaşlıqdır, dostluq deyil.

Müsəlman Allahdan qorxmalı və elmsiz danışmamalı, fətva verməməli və elm əhlinə müxalif olmamalıdır. Bu, ictihad məsələsi deyil. Burada dəlillər var. Madam ki, dəlillər var, deməli bu Quran və Sünnə ilə sabitdir. Bu yalnız ictihad əsasında çıxarılmış hökm deyil. Bu dediyim kimi, dəlillə deyilmiş bir rəydir. Lakin dediyim kimi, cahil gərək danışmasın. Ələlxüsus, bu cür mühüm işlərdə. O, zənnlə və ya cahilliklə bu məsələlərə girib kiminsə küfrünə hökm verməməlidir. Mən (bu məsələdə) küfr hökmünü çıxardanı da görmüşəm. Belə əməldən Allaha sığınınq! Bu söz onun özünə qayıda bilər. O özü təhlükədədir. İnsana bu cür məsələlərə zənn ilə girmək, Allahın adından elmsiz danışmaq və alimləri ittiham etmək olmaz.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir