Oxunma sayı: 218

Sual #252 : Şeyx Muqbil – Tövhiddə cahillik üzrdür!


Sual:

Cahilliyin üzrlü olub–olmaması məsələsi bizdə çox müşkül bir məsələyə çevrilib. Hətta vəziyyət o yerə çatıb ki, bu məsələyə görə qardaşlar dava edib, bir–birlərini alçaldıblar. Hətta buna görə bir–birlərini bidətçi və fasiq adlandırırlar. Ümumən bu məsələsinin (cahilliyin üzrlü olub–olmamasının) hökmü nədir? Müxalif olanlara (cahilliyi üzr görməyənlərə) nə hökm verilir?

Tarix: 2018-01-14

Cavab #252 : Şeyx Muqbil – Tövhiddə cahillik üzrdür!


Şeyx Muqbil ibn Hədi əl–Vadii:

Əhli sünnə özü bu məsələdə, yəni, tövhiddə cahilliyin üzrlü olub-olmaması məsələsində ixtilaf ediblər. Allah təalənin bu – “Biz elçi göndərməmiş (heç kəsə) əzab vermirdik. (İsra,15)” – sözlərinə əsasən, zahir olan budur ki, bu məsələdə cahillik üzrlüdür. İsa peyğəmbərin həvariləri ona “Rəbbin bizə göydən bir süfrə endirə bilərmi? (Maidə, 112)” – dedikdə, İsa peyğəmbər onlara demədi ki, siz artıq kafir oldunuz, əksinə dedi ki, – “Əgər möminsinizsə, Allahdan qorxun” (Maidə, 112)

Həmçinin Musa peyğəmbərin əshabı ondan ilah istədikdə onları təkfir etmədi, əksinə dedi:
“Ey Musa! Onların tanrıları olduğu kimi, bizim üçün də bir tanrı düzəlt”. (Musa) dedi: “Həqiqətən, siz, cahil bir tayfasınız.” (Əraf, 138)

Səhih Buxaridə bir çox səhabələrin rəvayət etdiyi hədisdə gəlmişdir ki, “Bir kişi öz oğlanlarına dedi:
– Mən sizin üçün necə ata olmuşam?

Onlar:
– Çox yaxşı ata olmusan.

Ata:
Elə isə mən öldükdə, məni yandırın, sonra külümü səpin. Allaha and olsun ki, əgər Allah məni qaytarmağa qüdrəti çatarsa, mənə elə bir əzab verər ki, aləmlərdən heç bir kəsə elə bir əzab verməyib.

O öldükdə, oğlanları onun vəsiyyətini yerinə yetirdilər. Sonra Allah dənizə əmr etdi ki, içində olan külü cəm etsin və quruya əmr etdi ki, onda olan külü cəm etsin. Və Allah onu dirildib dedi:
– Etdiyin bu şeyə səni nə vadar etdi?

O dedi:
– Səndən qorxmağım, ey Rəbbim.

Allah dedi:
– Artıq səni bağışladım.

Bu insan da, İsa peyğəmbərin həvariləri kimi Allahın qüdrətində şəkk etmişdir. Bu dəlillər göstərir ki, cahillik üzrlüdür. Cahilliyi üzr görməyənlərdə heç bir açıq-aydın dəlil yoxdur. Bu hədisdən sonra İmam Əhmədin Musnəddə rəvayət etdiyi Əbu Hureyrənin və Əsvad ibn Səri’nin peyğəmbərdən rəvayət etdikləri hədis:

Dörd sinif var ki, qiyamət günü imtahan olunacaqlar: Heç nə eşitməyən kar, ağılsız, əldən düşmüş qoca və fatra zamanında ölən.

Arasatda cəhənnəmdən bir baş çıxaraq, onlara deyəcək: Girin oda. Kim onlardan oda girərsə, onun üçün salamatlıq vardır, kim də girməzsa, Allah ona deyəcək:

“Siz indi Mənə asi oldunuz, deməli Mənim peyğəmbərlərimə bundan daha betər asisiniz”.

Mən sizə Şeyx Şinqitinin (Allah rəhmət etsin) “Biz elçi göndərməmiş (heç kəsə) əzab vermirdik. (İsra,15)” ayəsinə, eləcə də, “Allah bir qövmü hidayət etdikdən sonra, çəkinmələri lazım olan şeyləri onlara bəyan etmədikcə onları hidayətdən azdımaz” (Tövbə, 115) – ayəsinə verdiyi təfsiri oxumağı nəsihət edirəm.

Sual:
Müxalif olanların (cahilliyi üzr görməyənlərin) hökmü nədir?

Şeyx Muqbil ibn Hədi əl-Vadii:

Bu məsələ əhli sünnə arasında ixtilaflıdır, müxalif olana heç bir hökm verilmir, lakin üstün görüş budur ki, cahillik üzrlüdür.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir