Oxunma sayı: 208

Sual #251 : Şeyx Useymin – Konstitusiya məhkəməsinə müraciət etməyin hökmü


Sual:

Mən (şəriətiə deyil) konstitusiya qanunları ilə hökm edilən bir ölkədə yaşayan müsəlmanam! Mənim o qanunlar yolu ilə haqqımı almam icazəlidirmi? Çünki başqa yol da yoxdur. Ola bilər ki, o haqq böyük olsun və mən onsuz keçinə bilməyim.

Tarix: 2018-01-14

Cavab #251 : Şeyx Useymin – Konstitusiya məhkəməsinə müraciət etməyin hökmü


Şeyx Useymin:

Şeyx İbnul Qeyyim (Allah ona rəhmət etsin) “ət-Turuqul Hukmiyyə” kitabında vurğulamışdır ki… Qeyd edim ki, bu kitab gözəl və faydalı kitabdır, ələlxüsus da, qazilər üçün…
İbnul Qeyyim bu kitabında qeyd etmişdir ki:

“Əgər bir ölkədə şəriətlə hökm verilmirsə və bir insan onlara şikayət etmək məcburiyyətində qalarsa, bunu etməkdə bir problem yoxdur. Lakin bir şərtlə: Etiqad etsin ki, o bununla konstitusiyanın deyil, Allah-Təalanın hökmünü istəyir. Əgər şəriət tələblərinə uyğun olaraq onun xeyrinə hökm verərlərsə qəbul etsin. Onun əksinə hökm verərlərsə tərk etsin. Əgər konstitusiya tələblərinə uyğun olaraq onun xeyrinə olan bir şeyi hökm verərlərsə, lakin şəriət buna icazə vermirsə, o zaman ona vacibdir ki, bunu qəbul etməsin!
Məhkəmələr konstitusiya ilə hökm verir deyə insanları hüquqlarının itməsinə izn verməyimiz isə həqiqətdə onlara zərər vurmaq və mallarını hədər etməkdir.
Biz onlara şikayət edirik. Əgər şəriətə müvafıq olanı hökm verərlərsə qəbul edərik, yoxsa yox. Həmçinin, onlara şikayət edərkən həmin adamda bu etiqadın olması vacibdir: “Əgər konstitusiya məhkəməsində şəriət tələblərinə uyğun olaraq hökm verilərsə qəbul edəcək, əks halda qəbul etməyəcəkdir.”

Elmi araşdırmalar və Fətvalar komitəsinə hicri 6/6/14o7-ci il tarixli, 2151 saylı sual:

Ölkəsindəki bütün məhkəmələrdə (şəriətlə deyil) konstitusiya qanunları ilə hökm verilir. Və o ölkədə yaşayan bir insan bu məhkəmələrə müraciət etmədiyi təqdirdə öz haqqını əldə edə bilmir. (Bu məhkəmələrə müraciət edən) belə kəs kafir sayılırmı?

Şeyx ibn Bəz (Allah ona rəhmət etsin):

Həmin insan əgər bunu etmək məcburiyyətində qalarsa, kafir olmaz. Lakin, həmin qurumlara müraciət – yalnız zərurət anında və haqqı olan şeyi yalnız bu yolla əldə edə biləcəksə – ola bilər.
Bununla yanaşı, tərtəmiz İslam şəriətinin halal olduğunu bəyan etdiyi məsələlər xaricində, başqa bir şey əldə etmək haqq yoxdur. Uca Allah bizi razı olduğu qullarından etsin.

Məcmuul-Fətava və məqalət mutənəvvia (23/214)

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir