Oxunma sayı: 200

Sual #250 : Şeyx Useymin – Məktəblilərlə maraqlı sual-cavab


Tarix: 2018-01-14

Cavab #250 : Şeyx Useymin – Məktəblilərlə maraqlı sual-cavab


Şeyx Useymin:

Təşkilatçılar hədiyyələr gətiriblər. Söylədilər ki, (məktəbli) qardaşlarımıza suallar veriləcək və doğru cavab verən hədiyyə qazanacaqdır. Lakin biz görürük ki, hədiyyələr deyəsən fərqlidir. Hədiyyələr eyni deyil.

(SubhənAllah! Şeyx Useymin insanlar arasında bərabərliyə və düzgünlüyə önəm verir. Hətta təşkilatçıların təqdim etdiyi hədiyyələrin eyni olması mövzusunda belə… )

Şeyxin yanındakı:
Şeyx, hədiyyələrin dəyəri sualların çətinliyinə görə dəyişir. Nə edək? Hədiyyələri yığışdıraq?

Şeyx Useymin:
Elə daha yaxşı olar. Çünki…

Şeyxin yanındakı:
Onların qiyməti demək olarki eynidir.

Şeyx Useymin:
Eynidir?

Şeyxin yanındakı:
Bəli. Bəli.

Şeyx Useymin:
Yaxşı, əgər eynidirsə, heç bir problem yoxdur.

Rəhmli və Mərhəmətli Allahın adı ilə!

Siz dərslərdə hansı səviyyəyə qədər keçmisiniz? Qorxuram ki, verdiyim sualları siz hələ məktəbdə keçməmiş olarsınız. Hara qədər keçmisiniz?

Məktəblilər:
İkinci səviyyəyə kimi…

Şeyx Useymin:
İkinci. Aydındır.

Sual budur ki, bir nəfər unutqanlıqdan namazı dəstamazsız qılıb. O yenidən dəstamaz alıb, namazı bir daha qalmalıdırmı?

MaşaAllah! Özün seç, kimi qaldıraq? Axı onlar hamısı əllərini qaldırıb.

Sən qalx!

Şeyxin yanındakı:
Onun adı… (anlaşılmır). Şeyx, cavab verə bilər?

Şeyx Useymin:
Bəli. Cavab verə bilərsən!

Məktəbli:
O dəstəmaz alıb, namazı yenidən qılmalıdır.

Şeyx Useymin:
O dəstamaz alıb, namazı yenidən qılmalıdır. Namazı bitirəndən sonra o xatırladı ki, dəstamaz almamışdı. Deməli, o dəstəmaz alıb, namazı yenidən qılır? Aydındır.

İndi başqa bir sual verim, bir nəfərin paltarı nəcisdir. Və o unudub təmizləsin. Namazı bitirdikdən sonra isə xatırlayır ki, paltarı nəcis idi.

Məktəbli:
O paltarını təmizləyib, namazı yenidən qılmalıdır.

Şeyx Useymin:
O paltarını təmizləyib, namazı yenidən qılmalıdır? Yəqin ki, aranızda onun cavabı ilə razılaşmayanlar oldu. Onun ilk düzgün cavabı, ikinci səhv cavabının üstünü örtdü.

Şeyxin yanındakı:
Şeyx, bəlkə sualın cavabını açıqlayasınız?!

Şeyx Useymin:
Yaxşı. Dinləyin. Hamı fayda üçün dinləsin.
Əgər bir nəfər unutqanlıqdan dəstəmazsız namaz qılıb, sonra isə dəstəmazsız olduğunu xatırlayıbsa, o yenidən dəstəmaz alıb namazı bir daha qılmalıdır. Əgər o, nəcisli paltarda namaz qılıbsa və təmizləməyi unudubsa, onun namazı səhihdir (düzgündür). Bu ən səhih görüşdür. Düzdür, bəzi alimlər deyib ki, o namazı yenidən qılmalıdır. Ona görə deyirəm ki, bu məktəbli düzgün cavabı ilə mükafatın 75%-inə layiq görüldü.

Şeyxin yanındakı:
Şeyx, hədiyyə qabdır! (Şeyxə izah etmək istəyir ki, hədiyyə bütövdür, bölünmür!)

Şeyx yanındakına:
Apar, hədiyyəni ver. Allah sənə bərəkət versin!

O şeyxlə görüşmək istəyir

Məktəbli:
Əssələmu aleykum.

Şeyx Useymin:
Va aleykumussələm! Allah səni xeyirlə mükafatlandırsın! Allah sənə bərəkət versin!

Məktəbli:
Mənim üçün ən gözəl hədiyyə sizlə salamlaşıb, görüşməkdir!

Şeyx Useymin:
Allah sənə bərəkət versin! İnşəAllah, bu qablarla sən bizi isti yeməyə qonaq edərsən!

Məktəbli:
İnşəAllah!

Şeyx Useymin:
Deməli belə, ikinci sualım. İki nəfər namaz qılır, namaz qılan ikinci kəs isə imamın (qaydaya uyğun olaraq sağ tərəfində deyil) sol tərəfində dayanıb və sonacan belə namaz qılır. Bu adamın qıldığı namazın hökmü nədir?

Təkcə bir kəs əlini qaldırdı? Elə bir nəfər?

Sualı bir daha təkrar edim? Yaxşı.

İki nəfər camaat namazı qılır. İmamın yanındakı adam, imamın (qaydaya uyğun olaraq sağ tərəfində deyil,) sol tərəfində dayanıb. Onun namazı səhihdir ya yox?

SubhənAllah. Təkcə bir nəfər əlini qaldırıb. Yaxşı, buyur cavab ver.

Şeyxin yanındakı:
Bir qədər ucadan cavab ver!

Məktəbli:
O bu haqda elmlidir ya cahildir?

Şeyxin yanındakı:
Şeyx, məktəbli deyir ki, (imamın solunda namaz qılan) bu haqda elmlidir ya cahildir?

Şeyx Useymin:
Tutaq ki, cahildir və ya elmlidir. Fərq etmir.

Məktəbli:
Əgər o cahildirsə, namazı səhihdir (düzgündür).

Şeyx Useymin:
Əgər o cahildirsə, namazı səhihdir?

Məktəbli:
İmam da ona başa salır (ki, sağ tərəfdə dayanmaq lazımdır).

Şeyx Useymin:
İmam ona başa salmır, çünki imam ondan da cahildir! Hə, buyur. Necə?

Şeyxin yanındakı məktəblinin sözünü ucadan deyir:
Namazı səhihdir.

Şeyx Useymin:
Namazı düzgündür? Yaxşı, bəs bu haqda elmli olsa necə?

Məktəbli:
Namazı təzədən qılır.

Şeyx Useymin:
Təzədən qılır? Aydındır. Cavab doğrudur. Lakin bu haqda ən səhih görüş odur ki, əgər imanın (qaydaya uyğun olaraq sağ tərəfində deyil,) sol tərəfində dayanan insan bu haqda elmlidirsə belə, onun qıldığı namaz səhihdir. Çünki imamın sağ tərəfində dayanmaq bəyənilən əməldir, lakin vacib deyil!

Allah səni bərəkətləndirsin!

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir